Wn/az/Ana Səhifə

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Ana Səhifə
Jump to navigation Jump to search
Wikinews banner 5.png
Azərbaycan dilində hamının redaktə edə biləcəyi azad xəbər mənbəyi Vikixəbər sizin ixtiyarınızdadır.

Hal-hazırda Azərbaycan dilində 473 xəbər var.

VİKİXƏBƏR

Bazar, 17. fevral 2019. 01:22

Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub
Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub

Şamaxıya yağan qar yolların buz bağlamasına səbəb olub. İki gündür qarın yağması avtomobil yollarına təsirsiz ötüşməyib. Ağsu dolaylarında qış mövsümünə hazır olmayan avtomobillərin sürücüləri çətin anlar yaşayıblar.

Şaxtalı hava səbəbindən buz bağlayan Şamaxı-Çöl Göylər-Padar yolunun enişli-yoxuşlu nöqtələrinə, sərt döngələrinə qum-duz qarışığı səpilib. Yolda növbəli əsasda işçi qrupunun üzvləri fəaliyyət göstərir. Şaxtalı hava üzündən sürücülərə axşam saatlarında yola çıxmamaq tövsiyə edilir.

[ ± ] - Şəkil - Davamı
Nəsli tükənən heyvanların siyahısında olan qara leopardın 100 il sonra fotoları çəkilib
Nəsli tükənən heyvanların siyahısında olan qara leopardın 100 il sonra fotoları çəkilib

Qara leopardın ən son görüntüsü 1909-cu ildə çəkilmişdi. 2019-cu ildə isə Qara leopardın fotolarını Uill Berrard Lukas adlı fotoqraf çəkib. Fotolar Keniyada meşəlik bir ərazidə çəkilib. Onu digər leopardlardan fərqli edən tək şey rənginin qara olmasıdır. Rənginə görə gecələr onun yalnız gözlərini görmək mümkündür. Bu növ leopardın törəməsi genetik dəyişikliklər nəticəsində olur. Lakin bu, çox nadir görülə və tapıla bilən heyvan növüdür. Bu leopardlar çox səssiz hərəkət edən və tənha yaşamağı bacaran heyvanlardır.

Bir əsrdir ki, fotoları çəkilə bilməyən bu leopard növü yalnız Keniyada Laikipa adlı ərazidə mövcuddur. Onun fotolarını çəkən fotoqraf bunları deyib: "Qara leopardın Laikipa ərazisində görüldüyü barədə dedi-qoduları eşitməyə başladım. Hazırlaşıb Keniyaya, həmin əraziyə gəldim. Sözügedən ərazidə müxtəlif yerlərə fotoaparatlar yerləşdirdim. 5 gün o leopardın gəlməsini gözlədim. Fotoaparatları toplayıb, yoxlama apardıqda gözlərimə inana bilmədim. Həmin leopardın fotoları kameramda mövcud idi".

[ ± ] - Şəkil - Davamı


Nikolas Maduro höküməti ABŞ-ın ərzaq yardımlarını ölkəyə buraxmır
Nikolas Maduro höküməti ABŞ-ın ərzaq yardımlarını ölkəyə buraxmır

Venesuelada humanitar vəziyyət son illər pisləşib, ölkədə ərzaq və dava-dərman qıtlığı yaranıb. ABŞ Venesuelaya yardım məqsədi ilə qonşu Kolumbiyaya daha bir təyyarə ərzaq məhsulları və dava-dərman göndərib. Hərbi-nəqliyyat təyyarəsi Venesuela sərhədi yaxınlığındakı Kukuta şəhərinə enib. Amma Venesuelada prezidentliyini qorumağa çalışan Nikolas Maduro hökuməti bu yükləri ölkəyə buraxmır.

Müxalifət lideri, parlamentin sədri Xuan Quaydo, fevralın 23-dək humanitar yardımların ölkəyə çatdırılmasına çalışır. O, paytaxt Karakasda tərəfdarları qarşısında çıxış edərkən deyib ki, öz planının detallarını fevralın 18-də açıqlayacaq.

[ ± ] - Şəkil - Davamı


[+ ] Günlük məzənnələr 11 fevral, 2019
Valyuta Kod Məzənnə Fərq
1 ABŞ dolları USD 1.7
1 Avro EUR 1.9176
1 Türk lirəsi TRY 0.3214
1 Rusiya rublu RUB 0.0256
Mənbə : AR Mərkəzi Bankı
Digər layihələr
Yenilə
Breaking.gif
+50.000

Српски / Srpski (Serb dili)

+10.000
Deutsch (Alman dili) · English (İngilis dili) · Français (Fransız dili) · Polski (Polyak dili)

+1.000
Česky (Çex dili) · Español (İspan dili) · Suomi (Fin dili) · עברית (İvrit dili) · Italiano (İtalyan dili) · 日本語 (Yapon dili) · Nederlands (Niderland dili) · Português (Portuqal dili) · Română (Rumın dili) · Русский (Rus dili) · Svenska (İsveç dili) · தமிழ் (Tamil dili)nbsp中文 (Çin dili)

+100
العربية (Ərəb dili) · Български (Bolqar dili) · Bosanski jezik (Bosniya dili) · Català (Katalon dili) · Ελληνικά (Yunan dili) · Lingvo Internacia (Esperanto) · فارسی (Fars dili) · Magyar (Macar dili) · 한국어 / Hangugeo (Koreya dili) · Norsk (Norveç dili) · سنڌي (Sindhi) · Gjuha shqipe (Alban dili) · ไทย (Tay dili) · Türkçe (Türk dili) · Українська (Ukrayna dili)