Wn/az/Elm aləmində görünməmiş hadisə
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 20 September 2019: Wn/az/NASA robotu Marsa endi
- 20 September 2019: Wn/az/NASA kainatın yaranmasını araşdıracaq
- 20 September 2019: Wn/az/Gələcəyin iqlim proqnozu
- 10 July 2019: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
23 noyabr 2014, Bazar
Sibirdə tapılan və təxmini hesablamalara görə, 40 min il yaşı olan buzlaşmış mamontun kloununu yaratmağa cəhd edilir. Mütəxəssislər buzlaşmış heyvandan DNT analizi üçün yetərincə qan götürə biliblər.
Mamont Sibirin şimalında 2013-cü ildə tapılıb. Onun iki dişinin torpağın üzərinə çıxması yerinin təsbit edilməsinə səbəb olub. Qazıntı nəticəsində parçalanmamış 3 ayağı, başı və bədəninin digər hissələri üzə çıxarılıb. Daha sonra alimlər 40 min il yaş verdikləri mamontun cəsədindən təzə qan tapıblar. Klonlama mütəxəssisləri hesab edir ki, qan indiyə qədər tapılan ən yaxşı qorunmuş nümunədir.
Alimlərin ilkin araşdırmaları gösərir ki, mamont donduğu zaman hardasa 50 yaşlarında olub. Qan analizinin cavabları göstərib ki, bəzi qan hüseyrələri zədələnib, amma hemoqlabin və oksigen daşıyıcısı olan molekullar sağlam vəziyyətdədir.