Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Gecə ərzində gərgin döyüşlər davam edib


29 sentyabr 2020, Çərşənbə axşamı

Gecə ərzində gərgin döyüşlər davam edib Sentyabrın 28-dən 29-na keçən gecə bütün cəbhə boyu gərgin döyüşlər davam edib. Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün Ermənistan silahlı qüvvələri bir neçə dəfə əks-hücum cəhdi göstərib. Azərbaycan Ordusunun yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdləri bu istiqamətlərdə qarşısını dərhal alıb. Onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib. Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonuna cavab vermişdir. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində səhər saatlarında yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib. Gərgin döyüşlər davam edir. Düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilir.[1]

Mənbə[edit | edit source]

  1. https://mod.gov.az