Jump to content

Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb

4 iyul 2022, Bazar ertəsi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, ÜST-ün Ölkə Ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3,000 meymunçiçəyi test dəsti təhvil verib. Harmancı əlavə edib ki, "Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək".

Onun sözlərinə görə, Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb, lakin 30 iyun 2022-ci il tarixinə olan məlumata əsasən, 58 ölkədə 5,322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb.

Meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan bir virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür . Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan-insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, o cümlədən üz-üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.

Mənbə

[edit | edit source]