Wn/az/Azərbaycan-Misir diplomatik əlaqələrinin 20 illiyi poçt markası üzərində əbədiləşdirilib

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Azərbaycan-Misir diplomatik əlaqələrinin 20 illiyi poçt markası üzərində əbədiləşdirilib
Jump to: navigation, search


Bookmark-new.svg
Stamps of Azerbaijan, 2012-1052-1053.jpg
Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg
Misir xəbərləri
Misirin yerləşdiyi ərazi

Misirin yerini göstərən xəritə

Misirdəki digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Misir Portalına baxın.
Flag of Egypt.svg

22 oktyabr 2012, Bazar ertəsi

Azərbaycan-Misir diplomatik əlaqələrinin 20 illiyi münasibətilə Azərbaycan Respublikası Rabitə Nazirliyinin “Azərmarka” şirkəti tərəfindən Azərbaycanın iki poçt markası dövriyyəyə buraxılıb.

Poçt markalarının hər biri çərçivəli dişi 14,0 olan ofset, təbaşirli, yapışqanlı marka kağızında çap olunmuşdur. Rəssamı Xasay Mirzəyev olan həmin markaların hər birinin ölçüsü 40 x 28 mm, tirajı isə 10 000 suvenir səhifədən ibarətdir. Suvenir səhifəsinin ölçüsü isə 123 x 94 mm-dir. Nominal qiyməti 60 qəpik olan markalardan birinin üzərində Azərbaycanın tarixi abidələri – Qız qalası, Şirvanşahlar sarayı, digərinin üzərində isə Misirin tarixi abidələri – Sfinks və Misir piramidalarının şəkili yerləşdirilmişdir. Suvenir səhifəsinin üzərinə isə Qobustan qayaüstü təsvirləri və Misir heroqlif yazısı həkk olunmuş, Azərbaycan və ingilis dillərində böyük hərflərlə AZƏRBAYCAN-MİSİR. DİPLOMATİK ƏLAQƏLƏRİN 20 İLLİYİ. (AZERBAIJAN-EGYPT. THE 20th ANNIVERSARY OF DIPLOMATIC RELATIONS.) və BİRGƏ BURAXILIŞ (JOINT ISSUE) sözləri yazılmışdır. Əlavə olaraq qeyd edək ki, bu markalar müvafiq olaraq, Azərbaycan poçt markalarının kataloquna daxil olan sayca 1052-ci və 1053-cü poçt markalarıdır.

Qeyd edək ki, bu markalar Azərbaycan və Misir poçtunun birgə buraxılışıdır. Belə ki, bir qədər əvvəl Misirdə də üzərində eyni təsvirli və nominal qiyməti 2,5 Misir funtu məbləğində olan iki ədəd Misir poçt markası dövriyyəyə buraxılmışdır.

Həmçinin, mövzu ilə əlaqəli birinci gün zərfi də hazırlamışdır.

Mənbə[edit]