Jump to content

Wn/az/Misirdə nəhəng qədim qəsr tapıldı

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Misirdə nəhəng qədim qəsr tapıldı

22 may 2019, Çərşənbə

Misirdə bir-birinin ardınca tarixi tapıntılar aşkar edilir. İndi də bu ölkədə nəhəng qədim qəsr tapılıb.

Söhbət eramızdan əvvəl 525-ci ildə yaşayan fironların 26-cı nəslindən gedir. Qəsrdə farsların işğalına işarə vuran xeyli əlamətlər var. Divar rəsmləri döyüş təsvirləri ilə zəngindir. Təsvirlər deməyə əsas verir ki, qədim misirlilər onda çox ciddi düşmənlə üz-üzə qalıblar.

Qəsr kərpicdən tikilib. Divarların eni 7 metri keçir. Tədqiqatçılar xeyli eksponat da aşkar edib. Otaqlarda içində qum olan gil qablar var. Qəsrdə üzərində çar I Psammetixin adı olan zinət əşyası da tapılıb. Bu dövlət başçısı tarixdə assuriyalıları Misirdən qovmaqla qalıb.

Mənbə

[edit | edit source]