Template:Wn/az/Ana Səhifə-xəbər

From Wikimedia Incubator
Bu gün Vikipediyanın yarandığı gündür
Bu gün Vikipediyanın yarandığı gündür
Bu gün Vikipediyanın yarandığı gündür

Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur. Lent.az xəbər verir ki, Vikipediya onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. Vikipediya bu gün dünyanın ən nəhəng ensiklopediyası, zəngin informasiya mənbələrindən biridir. ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş Vikipediya bu gün internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. Vikipediyaya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.

[ ± ] - Şəkil - Davamı