Wn/az/Azərbaycanın Qəbələ rayonunda Beynəlxalq Musiqi Festivalı keçirilir

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Azərbaycanın Qəbələ rayonunda Beynəlxalq Musiqi Festivalı keçirilir


30 iyul 2011, Şənbə

Fərhad Bədəlbəyli Heydər Əliyev adına Fondun və Mədəniyyət və Turizm Nazirliyinin sponsorluğu ilə keçirilən festivala amerikalı sənət dostu, məşhur dirijor və violençel ustası Dmitri Yablovski ilə birlikdə bədii rəhbərlik etdiklərini dedi. Fərhad müəllim bu festivalın artıq üçüncü dəfə keçirildiyini və builki festivalın daha möhtəşəm keçdiyini bildiridi. O, 10 gün ərzində Azərbaycan simfonik orkestri ilə birlikdə Rusiyanın Dmitri Başmetin başçılığı ilə “Novaya Rossiya” orketstrinin də iştirak etdiyini dedi.

Fərhad müəllim festivalın 3 hissədən ibarət olduğunu və birinci hissədə pianoçuların beynəlxalq müsabiqəsinin keçirildiyini və müsabiqədə dünyanın bir çox ölkəsindən müsiqiçilərin iştirak etdiyini bildirdi.

Fərhad Bədəlbəyli Dmitri Yablonski, Yuri Başmetlə birlikdə Bramsın əsərini ifa edəcəklərini dedi. Bundan sonra o, məşhur pianoçular arasında Boris Berezovskinin də konsert proqramları ilə çıxış edəcəyini dedi. Professor xarici sənət ustaları ilə yanaşı Azərbaycanın məşhur sənət ustalarının və gənc istedadlarının da çıxış edəcəyini bildirdi.

Mənbə[edit | edit source]