Jump to content

Wn/az/UEFA Çempionlar Liqası: PSJ və "Roma" qalib gəldi

From Wikimedia Incubator
< Wn | az
Wn > az > UEFA Çempionlar Liqası: PSJ və "Roma" qalib gəldi

13 fevral 2019, Çərşənbə

Bu gecə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsi start götürüb. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Yarışın favoritlərindən PSJ İngiltərəyə səfər edib. Son turlar Premyer Liqada inamlı təsir bağışlayan "Mançester Yunayted"in qonağı olub. Fransa klubu səfərdə sərfəli nəticə qazanıb. 0:2 hesabı ilə uduzan "qırmızı şeytanlar"ın işi Parisdə daha çətin olacaq.

Gecənin digər görüşündə "Roma" və "Porto" komandaları münasibətləri "Stadio Olimpiko"da aydınlaşdırıb. Matç İtaliya təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

Cavab görüşləri martın 7-də təşkil olunacaq.

UEFA Çempionlar Liqası 1/8 final (ilk oyunlar)

13 fevral

“Roma” (İtaliya) – “Porto” (Portuqaliya) - 2:1 QOLLAR: Nikolo Zaniolo, 70 (1:0); Nikolo Zaniolo, 76 (2:0); Adrian Lopez, 79 (2:1) Baş hakim: Danni Makkelli (Hollandiya)

“Mançester Yunayted” (İngiltərə) – PSJ (Fransa) - 0:2 QOLLAR: Presnel Kimpembe, 53 (0:1); Kilian Mbappe, 60 (0:2) QIRMIRI VƏRƏQƏ: Pol Poqba, 90("Mançester Yunayted") Baş hakim: Daniele Orsato (İtaliya)

Mənbə

[edit | edit source]