Wn/az/250 min il əvvəl ölmüş kərgədanın sümüyünü tapılıb

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > 250 min il əvvəl ölmüş kərgədanın sümüyünü tapılıb

9 aprel 2019, Çərşənbə axşamı

Böyük Britaniyada paleontoloq itinə qədim heyvan qalıqlarını tapmağı öyrədib. Kristal adlı ev heyvanı Ceymi Cordana bu işdə az kömək etməyib. Bizimyol.info xəbər verir ki, it qədim kərgədan sümüyü tapıb. Araşdırma zamanı kərgədanın 250 min il əvvəl öldüyü məlum olub. Paleontoloq Kristal ilə çox fəxr edir.

Ceymi Cordan ev heyvanında bu qabiliyyəti inkişaf etdirmək üçün çox çalışıb. O, Kristala qədim heyvan qalıqlarını iylədirmiş. Beləcə, itdə həssaslıq yaranıb. İndi Kristal dayanmadan heyvan qalıqları axtarır.

Cordan bütün asudə vaxtını itə sərf edir. Ev heyvanı etimadı doğruldur. Onun narkotik maddə və silah tapdığı da olub. Paleontoloq XIX əsrdə yaşamış həmkarı Meri Enninqdən ilham aldğını gizlətmir. O da araşdırmalara iti ilə gedərmiş.

Mənbə[edit | edit source]

“Arxeoloq” it 250 min il əvvəl ölmüş kərgədanın sümüyünü tapdıBizimyol.info, 9 aprel 2019