Wn/az/Böyük Britaniya Kraliçası Azərbaycana yeni səfir təyin etdi

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Böyük Britaniya Kraliçası Azərbaycana yeni səfir təyin etdi

2 aprel 2019, Çərşənbə axşamı

Kraliça Elizabet II

Böyük Britaniya kraliçası II Elizabet Azərbaycana yeni fövqəladə və səlahiyyətli səfir təyin edib. Sputnik Azərbaycan Böyük Britaniya hökumətinin rəsmi saytına istinadən xəbər verir ki, kraliça bu vəzifəyə diplomat Ceyms Şarpı təyin edib. Məlumatda qeyd olunur ki, yeni səfir iyul ayı ərzində Azərbaycana gələcək. Ceyms Şarp hazırda səfir olan Kerol Kroftsu əvəz edəcək. Xanım Korfts diplomatik xidmətdən təqaüdə çıxacaq. Qeyd edək ki, Ceyms Şarp 2017-2018-ci illərdə Britaniya XİN-in Şərqi Avropa və Mərkəzi Asiya direktorluğunda siyasi müşavir olub. Diplomat ailəlidir, iki oğlu var. 2018-ci ildən XİN-də Azərbaycan dili üzrə xüsusi kurs keçib.

Mənbə[edit | edit source]

Kraliça Azərbaycana yeni səfir təyin etdi — Sputnik News