Wn/az/Airbus A380 təyyarəsinin istehsalı dayandırılır

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Airbus A380 təyyarəsinin istehsalı dayandırılır
Jump to navigation Jump to search
Fransa xəbərləri
Fransanın yerləşdiyi ərazi

Fransanın yerini göstərən xəritə

Fransadakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Fransa Portalına baxın.
Flag of France.svg

14 fevral 2019, Cümə axşamı

A6-EDY A380 Emirates 31 jan 2013 jfk (8442269364) (cropped).jpg

Avropanın aparıcı sərnişin təyyarəsi istehsalçısı “Airbus” şirkəti "A380” modellərinin istehsalını dayandıracaq.

Bu barədə şirkətin baş direktoru Tom Enders məlumat verib. Onun sözlərinə görə, bu təyyarələrin istehsalı üçün heç bir əsas qalmayıb. 

"Artıq “Emirates” aviaşirkəti "Airbus A380"lər üçün sifariş portfelini 162-dən 123-ə endirməyi planlaşdırır. Yaxın 2 il ərzində ərəblər 14 “Airbus A380” təyyarəsi təhvil alacaqlar", - deyə baş direktor qeyd edib. 

2018-ci ilin noyabr ayına qədər “Airbus” 232 ədəd “A380” avialayneri istehsal edib. Onlar “Singapore Airlines”, “Air France”, “Lufthansa”, “British Airways” və “Qatar Airways” kimi 15 aviaşirkətin parkında istismar edilirlər.

“Airbus А380” seriya ilə istehsal edilən dünyada ən iri avialaynerdir. Onun hündürlüyü 24,08 metr, uzunluğu 72,75 metr, qanadının uzunluğu 79,75 metr təşkil edir. Təyyarə üç sinif salona malikdir, bir dəfəyə 15 400 kilometr məsafədə uçuşlar həyata keçirə bilir. 

Mənbə[edit | edit source]


Bookmark-new.svg