Wn/az/Aaron Remzi "Yuventus" futbol klubuna transfer edilib

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Aaron Remzi "Yuventus" futbol klubuna transfer edilib
Jump to navigation Jump to search

12 fevral 2019, Çərşənbə axşamı

İtaliya xəbərləri
İtaliyanın yerləşdiyi ərazi

İtaliyanın yerini göstərən xəritə

İtaliyadakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, İtaliya Portalına baxın.
Flag of Italy.svg

"Yuventus" yarımmüdafiəçi transferi reallaşdırıb. "Ağ-Qaralar" İngiltərənin Premyer Liqasında çıxış edən "Arsenal"ın 11-illik legioner yarımmüdafiəçisi Aaron Remzini transfer edib. 28 yaşlı hücumçu ilə dörd illik bir müqavilə imzalanıb. Remzi 1 iyul 2019-cu il tarixində – “Arsenal”la müqaviləsi başa çatdıqdan sonra Turin klubunun futbolçusu olacaq. KİV-in məlumatına görə, Uelsli yarımmüdafiəçi "Yuventus" futbol klubunun heyətində illik maaşı 23.000.000 avrodan çox olacaq. Onun hər həftə 300.000–400.000 funt sterlinq qazanacağı, dörd ildə isə ümumi olaraq, 82.300.000 funt sterlinq ehtimal olunur.

Uelsli yarımmüdafiəçi peşəkar karyerasına "Kardiff Siti" (2008) klubunda başlayıb və 2008–2019-cu illərdə "Arsenal" klubunda çıxış edib. Futbolçu "Nottinqam Forest" (2010–2011) və "Kardiff Siti" (2011) klublarına icarəyə verilib.

2008-ci ildən London klubunda çıxış edən Aaron Remzi bu mövsüm Premyer Liqada 22 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib. Eləcə də, onun hesabında Avropa Liqasında üç oyun və bir qol var.

Mənbə[edit]


Bookmark-new.svg