Jump to content

Wn/az/İtalyanca Vikipediyada tətil keçirildi

From Wikimedia Incubator
< Wn | az
Wn > az > İtalyanca Vikipediyada tətil keçirildi


6 oktyabr 2011, Cümə axşamı

Bu xəbərdə Vikimediya Fondundan, ona aid bir layihədən və ya onunla əlaqəli insanlardan danışılır. Vikixəbər də bir Vikimediya Fondu layihəsidir.
İtalyanca Vikipediyada 4 oktyabr tarixində başlamış tətillə bağlı müraciət

İtalyanca Vikipediya 4 avqust 2011 tariximdən etibarən İtaliya parlamentində müzakirə edilən qanunla əlaqədar olaraq tətil keçirdi. Bu qanun layihəsinə əsasən istənilən şəxs, bütün veb-saytlardan 48 saat ərzində özünə dair şərəf və ləyaqətinin pozulduğunu güman etdiyi bütün məlumatın çıxarılmasını tələb edə bilər. Bu müraciəti alan sayt rəhbərliyi həmin müddətdə qeyd edilən məlumatı çıxarmağa borcludur. bu isə o deməkdir ki, hansısa tanınmış şəxs özü haqqında yayılan məlumatın hansının arzuolunan, hansının arzuolunmaz olduğunu müəyyən edə və bununla da Vikipediyada yerləşdirilmiş məlumatın neytrallığına ziyan yetirə bilər.

Buna etiraz əlaməti olaraq italyanca Vikipediyanın bütün səhifələri bağlanmış və vikicəmiyyətin müraciəti ünvanlanmış səhifəyə yönləndirilmişdi.

Dear reader,

at this time, the Italian language Wikipedia may be no longer able to continue providing the service that over the years was useful to you, and that you expected to have right now. As things stand, the page you want still exists and is only hidden, but the risk is that soon we will be forced to actually delete it.

Over the past ten years, Wikipedia has become part of the daily habits of millions of web users looking for a neutral, free-content, and - above all - independent source of Knowledge. A new, huge multi-lingual encyclopedia, freely available to all, at any time, and free of charge.

Today, unfortunately, the very pillars on which Wikipedia has been built - neutrality, freedom, and verifiability of its contents - are likely to be heavily compromised by paragraph 29 of a law proposal, also known as "DDL intercettazioni" (Wiretapping Act). [1]

Tərcüməsi

Hörmətli oxucu,

Bu gün artıq İtalyanca Vikipediya sizə əvvəllər olduğu qədər və sizin gözlədiyiniz qədər yararlı ola bilməyəcək. Bütün səhifələr hələ ki, mövcuddur, yalnız görünmür, amma bizim onların hamısını silməyimiz riski var

Vikipediya son on il ərzində neytral, azad informasiya axtaran və müstəqil qaynaq arayışında olan milyonlarla internet istifadəçisinin həyatının ayrılmaz tərkib hissəsinə çevrildi. Yeni, çoxdilli, hamıya açıq və tamamilə pulsuz olan ensklopediya.

Təəssüf ki, Vikipediyanın üzərində oturduğu əsaslar - neytrallıq, müstəqillik və məlumatın öyrənilməsində açıqlıq, - çox güman ki, yeni təklif edilən "DDL intercettazioni" (Dinlənməyə dair qanun) adı ilə tanınan qanun layihəsinin 29-cu maddəsi ilə tənəzzülə uğrayacaq.

İtalyanca Vikipediya redaktorlarının bu aksiyası Vikimediya Fondunun mərkəzi aparatı və fondun çoxsaylı dil bölmələri tərəfindən dəstək aldı.[2] Aksiya avqustun 6-sı saat 17 raddələrində başa çatdırıldı. Bu bəyanatda aksiya tərəfdarları onlara dəstək verən bütün istifadəçilərə təşəkkür etdilər.[3]

İstinadlar

[edit | edit source]
  1. Bəyənat
  2. Wikimedia Serbia statement on recent events around Italian Wikipedia
  3. Bəyənat