Jump to content

Wn/az/Tripolidə Qərb səfirliklərinə hücum edilib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Tripolidə Qərb səfirliklərinə hücum edilib


2 may 2011, Bazar ertəsi

Liviyadakı Britaniya və İtaliya səfirlikləri NATO-nun Müəmmər Qəzzafinin ailəsinin üzvlərinin ölümləri ilə nəticələnən hava zərbələrinə cavab olaraq hücumlara məruz qalıblar.

Britaniya xarici işlər naziri William Hague səfirliklərə edilən hücumları pisləyib və bildirib ki, onu hökuməti Liviyanın Britaniyadakı səfirini qovacaq. O, diplomatik missiyaları hücumların Vyana Konvensiyasına zidd olduğunu bildirib.

İtaliya həmçinin Tripolidəki səfirliyinə hücum edildiyini təsdiqləyib. Rəsmi Roma Qəzzafi hökumətini xarici səfirlikləri qorumamaqda ittiham edib. Əksər Qərb dövlətləri öz səfirliklərini Tripolidən bir neçə həftə əvvəl çıxarıblar.

Mənbə

[edit | edit source]