Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
15 avqust 2019, Cümə axşamı
- 4 July 2022: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 15 August 2019: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 2 July 2019: Wn/az/Türkiyədə Petkim limanında partlayış baş verib
- 7 May 2019: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 7 May 2019: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
- 15 August 2019: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 10 May 2011: Wn/az/Qəzzafinin qoşunları daha da irəli gedir
- 3 May 2011: Wn/az/Qəddafinin oğlu və üç nəvəsi öldürülüb
- 2 May 2011: Wn/az/Tripolidə Qərb səfirliklərinə hücum edilib
- 27 April 2011: Wn/az/Qəzzafi qüvvələri Misratanı bombardman edib
Türkiyə Liviyada feldmarşal Xəlifə Haftara dəstək üçün Birləşmiş Ərəb Əmirlikləri tərəfindən göndərilən, Çin istehsalı olan pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub. Bununla da Türkiyə lazer silahını döyüş şəraitində tətbiq edən ilk ölkə olub.
Çin tərəfindən istehsal olunan “Wing Loong II” pilotsuz döyüş təyyarəsi bir neçə gün əvvəl Misurata şəhəri yaxınlığında vurulub. Təyyarə Türkiyənin ASELSAN şirkəti tərəfindən işlənib hazırlanan, 50 kW güc hasil edən lazer hava müdafiə sistemi tərəfindən Misurata şəhəri üzərində uçarkən hədəfə alınıb.
Lazer silahı ABŞ, Rusiya və Çin başda olmaqla bir sıra ölkələr tərəfindən işlənib hazırlanmaqdadır. Son illər Türkiyənin ASELSAN şirkəti də bu sahədə işə başlayıb və lazer silahı hazırlayan şirkətlər sırasına daxil olub. Lakin indiyə qədər lazer silahını real döyüş şəraitində heç bir dövlət tətbiq etməmişdi.
Mənbə
[edit | edit source]- Türkiyə pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub — bizimyol.info