Jump to content

Wn/az/Qəzzafinin qoşunları daha da irəli gedir

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Qəzzafinin qoşunları daha da irəli gedir


8 may 2011, Bazar

Liviyanın hökumət qüvvələri Misrata şəhərindəki 4 neft deposuna hücum edib. Liviyanın hökumət qüvvələri Misrata şəhərindəki 4 neft deposuna hücum edərək, şəhərin yeganə yanacaq mənbəyini sıradan çıxarıb.Verilən xəbərə görə, üsyançıların nəzarəti altında olan bu şəhər uğrunda hökumət qüvvələri iki aydır mübarizə aparır.Liviya rəhbərliyi müxalifət döyüşçülər və mülki əhaliyə dəstək məqsədi ilə milyonlarla dollarlıq beynəlxalq yardımı tənqid edib. Ötən cümə axşamı 22 üzvlü olan Təmas Qrupu Liviya müxalifətinə yardım barədə qərar qəbul edib.ABŞ Liviyanın Amerikada dondurulmuş 30 milyardlıq hesablarını azad edir. Bu arada, Liviya müxalifəti İtaliyanın onları silahla təmin etməyə razılıq verdiyini bildirib. İtaliyanın Xarici İşlər Nazirliyi isə rəqib döyüşçülərin özünümüdafiə təchizatı ilə təmin ediləcəyini bəyan edib.