Wn/az/Türkiyə Fransa prezidentinin sözlərini sərt tənqid edib


8 oktyabr 2011, Şənbə
- 17 February 2025: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 17 February 2025: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 17 February 2025: Wn/az/Türkiyədə Petkim limanında partlayış baş verib
- 17 February 2025: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 17 February 2025: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
- 17 February 2025: Wn/az/Alimlər dünyada həyatın olmadığı yeri aşkar ediblər
- 17 February 2025: Wn/az/Airbus A380 təyyarəsinin istehsalı dayandırılır
- 17 February 2025: Wn/az/UEFA Çempionlar Liqası: PSJ və "Roma" qalib gəldi
- 17 February 2025: Wn/az/Monako Anrini qovdu, Jardimi geri qaytardı
- 17 February 2025: Wn/az/Azərbaycan Fransaya etiraz notası təqdim edib
Türkiyə hökuməti Fransa prezidenti Nikolas Sarkozinin Ankaranın təxminən bir əsr əvvəl türklərin ermənilərə qarşı soy qırımını tanımalı olduğunu deməsini sərt tənqid edib. Bu gün Türkiyənin Avropa məsələləri üzrə naziri Egemen Baxışa istinad edən dövlət televiziyası bildirib ki, cənab Sarkozinin şərhi yersizdir. Cənab nazirin sözlərinə görə, tarixi araşdırmaq siyasətçilərin işi deyil. Ermənistana səfər edən Fransa prezidenti deyib ki, Türkiyə də daxil olmaqla bütün qüdrətli ölkələr tarixlərini nəzərdən keçirməklə şərəfli iş görməlidirlər. O, eyni zamanda bildirib ki, Fransa parlamenti Fransada ikinci dünya müharibəsində yəhudilərin soyqırımı hesab edilən Holokost kimi, bu soyqırımın danılmasını da cinayət hesab edə bilər. Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu buna cavab olaraq bildirib ki, Fransa yaxşı olardı ki, öz keçmişini, xüsusilə də Afrika qitəsindəki millətlərə qarşı etdiklərini araşdırsın.