Jump to content

Wn/az/Rəcəb Tayyib Ərdoğan Suriya hadisələrinə münasibət bildirib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Rəcəb Tayyib Ərdoğan Suriya hadisələrinə münasibət bildirib


2 noyabr 2011, Çərşənbə

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya müxalifətinə dəstək bildirərək, xalqın müqavimət hərəkatının uğur qazanacağına inandığını deyib. Bu gün Ədalət və İnkişaf partiyasının parlament qrupu qarşısında çıxışı zamanı cənab Ərdoğan Suriya administrasiyasını kəskin tənqid edib.

Baş nazir Ərdoğan Türkiyə və Suriya arasında dostluq əlaqələrinə toxunaraq deyib ki, Suriya hakimiyyəti bu münasibətləri düzgün qiymətləndirə bilməyib. “Suriya liderləri bizim xəbərdarlıqlarımıza əhəmiyyət verməyib. Biz bu prosesdə səssiz qala bilmərik. Biz mövqeyimizi bildirməyə davam edəcəyik” deyərək cənab Ərdoğan bildirib.

Suriyanın bir zamanlar yaxın müttəfiqi olan Türkiyə Suriya rejiminin hökumət əleyhinə nümayişləri qəddarcasına dağıtmasını getdikcə daha artıq tənqidlərlə qarşılayır. Keçən ay çıxışlarının birində cənab Ərdoğan prezident Əsədi kəskin tənqid edərək, Suriyanın ərəb baharını yaşayan növbəti ölkə ola biləcəyini və Bəşar Əl-Əsədin son nəhayətdə öz xalqı tərəfindən devrilə biləcəyini demişdi. “Suriyada öz xalqını əzənlər davam gətirə bilməyəcək. Avtokrat rejimlərin vaxtı artıq keçib. Totalitar rejimlər yox olur. Xalqın hakimiyyəti onun yerinə gəlir”-deyə cənab Ərdoğan bildirmişdi. Bugünkü çıxışında Türkiyənin Baş naziri Əsəd tərəfdarı qüvvələr tərəfindən qətlə yetirilən suriyalıları şəhid hesab etdiyini dilə gətirib. Cənab Ərdoğan Suriya administrasiyasının xalqın iradəsi deyil, gücə arxalandığını deyib.

Baş nazir Ərdoğan Suriyada əsl demokratiyanın bərqərar olacağına, Suriya xalqının isə öz hüquqları və azadlıqlarına qovuşacağına inandığını bildirib.

Mənbə

[edit | edit source]