Wn/az/Suriya Silahlı Qüvvələri Kalat-əl-Mudik şəhərinin nəzarətini ASO-dan alıb

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Suriya Silahlı Qüvvələri Kalat-əl-Mudik şəhərinin nəzarətini ASO-dan alıb

10 may 2019, Cümə

9 may 2019-cu il tarixində Suriya Ərəb Respublikasına xidmət edən Suriya Silahlı Qüvvələri (SSQ) İdlib mühafəzəsində yerləşən strateji əhəmiyyətə malik Kalat-əl-Mudik şəhərinin nəzarətini Azad Suriya Ordusundan (ASO) tamamilə alıb.

Suriya Silahlı Qüvvələri geridə qalan ən böyük ASO ərazisi olan İdlib mühafəzəsini uzun müddətdir ki, kütləvi bombardman altına almışdır. Kalat-əl-Mudik şəhəri aprel ayından bəri bombardman altında idi, ancaq 6 may 2019-cu il tarixindən Rusiya Hərbi Hava Qüvvələri (Rusiya HHQ) şəhəri yenidən kütləvi bombardman altına almışdır. Rusiya HHQ tərəfindən hava dəstəyi alan SSQ 9 may 2019-cu ildə Kalat-əl-Mudik şəhərinə yerüstü əməliyyat həyata keçirmişdir.

Bu ərazi 2018-ci ildə İdlib mühafizəsi ərazisində böyükhəcmli hərbi əməliyyatların həyata keçirilməsinin qarşısına alan RusiyaTürkiyə tərəfindən imzalanmış müqavilə ilə minimal şəkildə qorunurdu.

Kalat-əl-Mudik şəhəri Əl-Laziqiyyə mühafəzəsinin Əl-Laziqiyyə şəhərinin cənub-şərqində yerləşən və Rusiya HHQ tərəfindən idarə edilən Xmeymim aviabazasına ən yaxın ASO ərazisi idi. ASO qüvvələri aviabazasını roket atəşi altına alırdılar. Əlavə olaraq, şəhər hökumət əleyhinə olan döyüşçülər və mülki şəxslərin İdlib mühafizəsi ərazisinə daxil olmaları üçün bir giriş nöqtəsi idi.

Yerli sakinlər SSQ-nin Kalat-əl-Mudik şəhərini və bu şəhəri yaxın iki kəndin nəzarətini – Tal-Həvaş və əl-Karkat kəndlərinin nəzarətini ələ aldığını bildiriblər.

Əsası Birləşmiş Krallıqda yerləşən İnsan Hüquqları üzrə Suriya Rəsədxanası hərbi müşahidə qrupu ASO qüvvələrinin şəhər SSQ tərəfindən mühasirə edildikdən sonra tərk etdiyini bildirmişdir.

BMT-nin Suriyaya dair Sorğu Komissiyasının rəhbəri Paulo Pinyeyru, İdlib mühafəzəsindəki son ASO ərazisində “tamamilə ağlasığmaz bir insan hüquqları və humanitar fəlakət yarada bilər” demişdir.

Şəhərin bombardmanı zamanı 13-ə yaxın səhiyyə müəssisəsi zərər görmüşdür.

Mənbə[edit | edit source]