Jump to content

Wn/az/Suriyanın Əl-Bağuz Fəvkani qəsəbəsində döyüşlər baş verib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Suriyanın Əl-Bağuz Fəvkani qəsəbəsində döyüşlər baş verib

11 mart 2019, Bazar ertəsi

ABŞ-ın dəstəklədiyi Xalq Qoruma Birlikləri (XQB) Suriyanın Deyr əz-Zor mühafəzəsi ərazisində yerləşən Əl-Bağuz Fəvkani qəsəbəsinə hücum edib. İraq Şam İslam Dövlətinin (İŞİD) formalaşdığı dövrdə ilk alınan qəsəbələrdən biri olan Əl-Bağuz Fəvkanidə əməliyyatlar 9 fevral 2019-cu ildə başlayıb. Qəsəbə İŞİD döyüşçülərinin son mövqelərindən biridir. Əməliyyata 15.000-ə yaxın XQB əsgəri cəlb olunub. Əlavə olaraq, ABŞ, FransaBöyük Britaniya əməliyyata havadan və artilleriya dəstəyi verib. XQB komandirlərinin verdiyi məlumata görə, qəsəbədə təqribən 3.000 İŞİD döyüşçüsü var.

Ağır havadan və artilleriya zərbələrindən sonra 1 mart 2019-cu il tarixində koalisiya qüvvələri "sayca az olan mülki şəxslərin əsir olaraq saxlanılmasına görə" hücumlarını yavaşlatmalı oldular.

4 mart 2019-cu ildə 3.000 nəfər, növbəti gün isə daha 3.500 nəfər qəsəbədən çıxarılmışdır. Çıxarılanların 500-ü təslim olan İŞİD döyüşçüləri idi.

"Reuters" informasiya agentliyinin verdiyi məlumata görə, 6 mart 2019-cu il tarixində daha 2.000 nəfər qəsəbəni tərk etmişdir.

XQB Mətbuat Ofisinin başçısı Mustafa Balinin verdiyi məlumata görə, fevral ayında 4.000-dən çox İŞİD döyüşçüsü təslim olmuşdur. Həmçinin, İŞİD-in əsr götürdüyü 5 XQB əsgəri də xilas edilmişdir. Onun dediyinə görə, 9 mart 2019-cu il tarixindən bəri qəsəbəni tərk edən olmamışdır.

Mənbə

[edit | edit source]