Wn/az/Çukurcada hücum: 24 əsgər həyatını itirdi

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Çukurcada hücum: 24 əsgər həyatını itirdi
Jump to navigation Jump to search


Bookmark-new.svg

19 oktyabr 2011, Çərşənbə

Türkiyə xəbərləri
Türkiyənin yerləşdiyi ərazi

Türkiyənin yerini göstərən xəritə

Türkiyədəki digər xəbərləri görmək, dəyişdirmək və ya başlamaq üçün, Türkiyə Portalına baxın.
Flag of Turkey.svg
Terrorizm xəbərləri
Terrorizmlə bağlı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Terrorizm Portalına baxın.
Wikinews tag terrorism.jpg
Hakkari ilində hücumun edildiyi yeri göstərən xəritə.

Türkiyədə Hakkarinin Çukurca mahalında mühafizə güclərinə və sərhəddəki Kekliktepedə əsgəri birliyə dünən gecə PKK tərəfindən edilən hücumlarda 24 Türk əsgəri şəhid oldu. Diyarbakır və Malatyadan qalxan döyüş təyyarələrinin sərhəd kənarındakı PKK düşərgələrini bombaladı, bəzi qaynaqlara görə quru birlikləri İraq içlərinə 4 kilometr qədər girdi.

Qarşıdurmada 18 əsgərin də yaralandığını açıqlayan Baş nazir Rəcəb Tayyib Ərdoğan, "Terror təşkilatı bu son hücumlarla cəmiyyəti təhrik etmək, qışqırtma etmək, zehinləri bulandırmaq və millətin həssaslıqlarını qaşımaqdan başqa bir məqsədi olmadığını açıqca ortaya qoymuşdur." dedi.

Türkiyə prezidenti Abdullah Gül də şəhid olan əsgər, polis və vətəndaşların ailələrinə səbr və başsağlığı dilədi. İstanbul Konqres Mərkəzində təşkil edilən iyirmi yeddinci İSEDAK Yığıncağı əvvəlində mətbuat mənsublarına şərhdə olan Abdullah Gül, dünən və bu gün ağrılarının böyük olduğunu ifadə edərək, Bunu kimsə unutmamalıdır ki; bizə bu ağrını çəkdirənlər, misliylə çəkəcəklərdir. Dövlətimizi bu hücumlarla sarsıtdıqlarını zənn edənlər, xəttə gətirəcəklərini zənn edənlər, görəcəklər ki bu hücumların intiqamı çox böyük olacaq və misliylə də alınacaq" dedi. Bir müddət əvvəl Van, Hakkari, Siirt və Şırnakdakı birliklərə mənəvi ziyarətində olan Türkiyə prezidenti, "Bütün dünya bunu bilməlidir ki Türkiyə əzmli, qərarlı bir şəkildə bu terrorla sonuna qədər mübarizə edəcək" dedi.

PKKlilər səkkiz nöqtədən ağır silahlarla hücum etdi. Hücumlan nöqtələr Çukurca Jandarma Batalyon Komandirliyi, Çukurca Asayiş Bölük Komandirliyi, Qovşaq 2. Motorize Piyada Batalyon Komandirliyi, Gazitepe Jandarma Sərhəd Komandirliyi, Barkandi və Keklikkaya sərhəd təpələri, 2. Motorize Bölük Komandirliyi, Çukurca mühafizə vahidləri və Çuxur tərəfindən mühafizə mənzilləri oldu.

İraq torpaqlarında təşkil edilən hava hərəkatında 20dən çox PKKli öldürüldü. PKK isə itkin vermədiklərini iddia etdi. Bəzi qaynaqlara görə Türk əsgərləri qurudan sərhəd sonrası əməliyyat başlatdı. Bu xəbərləri də peşmerge lideri Cebbar Yavar yalanladı.

Dünən də Bitlis, Güroymak yaxınlarında minalı hücumunda 5 polislə biri körpə, biri uşaq 4 vətəndaş həyatını itirmişdi.

Azərbaycan səlahiyyətliləri isə etdiyi şərhdə PKKi lənətlədi, Azərbaycan və Türkiyənin qardaş ölkələr olduğu vurğuladı, Türk xalqına başsağlığı və səbir dilədi.


Mənbə[edit]