Wn/az/İraqda yenidən partlayışlar olub
Appearance
19 aprel 2011, Çərşənbə axşamı
Terrorizm xəbərləri
- 17 February 2025: Wn/az/Suriyanın Es-Suveyda şəhərində silsilə terror aktları törədilib (mart 2018)
- 17 February 2025: Wn/az/Çukurcada hücum: 24 əsgər həyatını itirdi
- 17 February 2025: Wn/az/Norveç terror aktı
- 17 February 2025: Wn/az/Bin Ladenin evindən yeni terror aktları barədə məlumat tapıldığı bildirilib
- 17 February 2025: Wn/az/Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın maşın karvanına hücum edilib
İraqın 2 şəhərində zorakılıqlar nəticəsində 4 nəfər həlak olub, 5 nəfər isə yaralanıb.
Polis deyir ki, etnik baxımdan qarışıq olan Kərkük şəhərində silahlılar gecə saatlarında bir evə basqın edərək3 qadını qətlə yetirib. Hücumun motivi hələlik bəlli deyil. Öldürülən qadınların ikisi bacı olub.
Bağdadda baş verən partlayış nəticəsində isə Təhsil Nazirliyinin əməkdaşı həlak olub. Partlayış şəhərin Doha məhəlləsində baş verib. Rəsmilərin bildirdiyinə görə, yol üzərində yerləşdirilən bombanın partlaması nəticəsində isə 3 polis işçisi və 2 mülki vətəndaş xəsarət alıb.