Jump to content

Wn/az/Suriyanın Es-Suveyda şəhərində silsilə terror aktları törədilib (mart 2018)

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Suriyanın Es-Suveyda şəhərində silsilə terror aktları törədilib (mart 2018)

Suriyanın cənubunda yerləşən Es-Suveyda şəhərində törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb.

Bizimyol.info Report-a istinadən xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı Suriyanın İnsan Haqlarına Riayət Olunması üzrə Monitorinq Mərkəzinə istinadən məlumat yayıb.

İlk hadisə terrorçu-kamikadzenin özünü Əs-Süveyd şəhərindəki bazarda partlatması nəticəsində baş verib. Bundan sonra Əl-Musalleh rayonunda da növbəti partlayış törədilib. Partlayışlar zamanı ümumilikdə 183 nəfər həlak olub.

Daha əvvəl hadisə zamanı 150 nəfərin həlak olduğu bildirilirdi.

Hər iki partlayışın terrorçular tərəfindən törədildiyi bildirilir.

Mənbə

[edit | edit source]