Wn/az/Gürcüstanın Cənubi Osetiya Muxtar Vilayətində Türkiyə jurnalistlərinə atəş açılıb
10 avqust 2008, Bazar
- 17 February 2025: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 17 February 2025: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 17 February 2025: Wn/az/Türkiyədə Petkim limanında partlayış baş verib
- 17 February 2025: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 17 February 2025: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
- 17 February 2025: Wn/az/Çəkiliş vaxtı Mixail Saakaşvilinin xanımına hücum ediblər
- 17 February 2025: Wn/az/Gürcüstanın Cənubi Osetiya Muxtar Vilayətində Türkiyə jurnalistlərinə atəş açılıb
- 17 February 2025: Wn/az/Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində ilk sınaq keçirilib
- 17 February 2025: Wn/az/Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
Gürcüstan ilə seperatçı Cənubi Osetiya Respublikası arasında gerçəkləşən münaqişə jurnalistlərə də zərər yetirir. Hadisələri qeydə almaq üçün bölgəyə gedən Türkiyənin "Kanaltürk" və "NTV" telekanallarının heyətlərinin üzvləri hücuma məruz qalıb. "Kanaltürk" telekanalının rəsmi veb-saytında verilən məlumata görə, osetin əsgərlər Qondarma Cənubi Osetiya Respublikasının paytaxtı Tsxinvali şəhərinin 2 kilometr daxilinə girən mətbuat işçilərinin istifadə etdikləri nəqliyyət vasitələrinə atəş açıblar.
İlkin məlumatlara görə, açılan atəş nəticəsində nəqliyyət vasitəsində olan "Kanaltürk" müxbiri Ləvənt Öztürk ilə operator Guray Ervin yüngül xəsarət alıb, "NTV" heyəti üzvləri Hilmi Hacaloğlu və Cümhur Çatqaya isə heç bir xəsarət almayıb. Xəstəxanaya göndərilən jurnalistlərin vəziyyətlərinin yaxşı olduğu bildirilib. Buna baxmayaraq, daha sonra "Kanaltürk" müxbiri Ləvənt Öztürkün başında yaralandığı açıqlanıb. Nəqliyyat vasitəsində olan "NTV" müxbiri Hilmi Hacaloğlu baş verənləri ntvmsnbc.com saytına belə danışdı:
“Bu səhər saatlarında Qori şəhərindən Cənubi Osetiyanın paytaxtı Tsxinvaliyə yola çıxdıq. Yol boyunca tank və zirehli hərbi vahid görmədik, ancaq Tsxinvali ilə Qori arasındakı sərhədin şimalında osetin əsgərləri, cənubunda isə gürcü əsgərlərinin olduğunu gördük. Bunun ardından gürcülərin tərk etdiyi Tsxinvali giriş nöqtəsindən keçdik. Hər hansı bir nəzarətə tutulmadıq. Sərhədi keçdikdən təxminən 2.5 kilometr sonra silahlı hücuma məruz qaldıq. Osetin qüvvələri tərəfindən açılan atəşdə istifadə etdiyimiz nəqliyyat vasitəsindəki "Kanaltürk" müxbiri Ləvənt Öztürk başından yaralandı. Nəqliyyat vasitəsini sürən "Kanaltürk" operatoru da ayağından yüngül xəsarət aldı. Bundan sonra nəqliyyat vasitəmizi dayandırdıq. Yaralı dostlarımız üçün yardım istədik. Əsgərlər gəldi. Jurnalist olduğumuzu başa saldıq. Daha sonra Tsxinvalidə böyük bir hissəsi dağıdılmış xəstəxanaya getdik. Jurnalist dostumuz Ləvənt Öztürkün səhiyyə vəziyyəti yaxşıdır. Buradakı həkimlər onun təqribən bir həftə dincəlməyə ehtiyac duyduğunu dedilər
Tsxinvalidəki vəziyyətə gəldikdə, nəzarət tamamilə osetin və rus əsgərlərin əlindədir. Şəhərdə nəzarəti onlar saxlayırlar. Olduğumuz xəstəxananın böyük bir hissəsi zədəlidir. Çoxlu sayda yaralı əsgər və mülki şəxs var. Bir neçə kilometr qabaqda çatışmaların davam etdiyini eşidirik. Şəhər ruh şəhər halını alıb. Mülki görsənmir. Sadəcə əsgərlər var.”
Jurnalistlərin və üzvü olduqları qurumların siyahısı:
- Ləvənt Öztürk (Kanalturk)
- Guray Ervin (Kanalturk)
- Hilmi Hacaloğlu (NTV)
- Cümhur Çatqaya (NTV)
2008-ci ilin avqust ayının 14-ündə Rusiya Federasiyasının Şimali Osetiya Respublikasında üç gün polis nəzarətində qalan mətbuat işçiləri Türkiyəyə qayıtmışdır. Şimali Osetiya Respublikasında özəl təyyarə ilə Atatürk Beynəlxalq Hava Limanına gələn jurnalistlərin ailə üzvləri onları göz yaşlarıyla qarşıladı.
Mənbə
[edit | edit source]- Turkish journalists attacked in South Ossetia — World Bulletin, 10 avqust 2008
- Osetya'da Türk gazetecilere saldırı — Milliyet, 10 avqust 2008
- Gürcistan'da Silahlı Saldırıdan Kurtulan Türk Gazeteciler Yurda Döndü — Haberler.com, 14 avqust 2008
- Türk gazetecilerin vurulduğu an — Hürriyet, 15 avqust 2008