Wn/az/Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
- 17 February 2025: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 17 February 2025: Wn/az/Ermənistanda Robert Koçaryanın yenidən həbsi Serj Sarkisyanın isə dindirilməsi gözlənilir
- 17 February 2025: Wn/az/Ermənistanın elektrik sistemində qəza baş verib
- 17 February 2025: Wn/az/Azərbaycan Vikimənbədə Ermənistanı keçdi
- 17 February 2025: Wn/az/Ermənistanda 20 nəfəri Azərbaycana işləməkdə ittiham ediblər
- 17 February 2025: Wn/az/Çəkiliş vaxtı Mixail Saakaşvilinin xanımına hücum ediblər
- 17 February 2025: Wn/az/Gürcüstanın Cənubi Osetiya Muxtar Vilayətində Türkiyə jurnalistlərinə atəş açılıb
- 17 February 2025: Wn/az/Bakı-Tbilisi-Qars yeni dəmir yolu xəttində ilk sınaq keçirilib
- 17 February 2025: Wn/az/Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
30 dekabr 2014, Çərşənbə axşamı
Ermənistanın Gürcüstandakı səfirliyi qarşısında Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə aksiya keçirilib.
APA-nın məlumatına görə, aksiyada Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov, Azərbaycanda fəaliyyət göstərən “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin rəhbəri İradə Nəsirova, Dilqəm Əsgərovun oğlu və Gürcüstanda oxuyan azərbaycanlı tələbələr iştirak edib.
Əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretləri və müxtəlif plakatlar tutan aksiyaçılar Azərbaycan torpaqlarını azad edin!”, “Girovları azad edin!” kimi şüarlar səsləndiriblər.
Sonra aksiya iştirakçıları səfirliyə bəyanat təqdim ediblər.
Bavariyadakı Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov deyib ki, bundan sonra eyni tələblə Moskvadakı Ermənistan səfirliyinin qarşısında etiraz aksiyası təşkil edəcək, daha sonra isə Avropa dövlətləri, həmçinin Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin qarşısında çadır qurub aclıq aksiyası keçirəcəklər.
O bildirib ki, bu aksiyanı yanvarın 15-nə planlaşdırırlar.
Dilqəm Əsgərovla Şahbaz Quliyev bu ilin iyulunda Kəlbəcərdə doğmalarının qəbirlərini ziyarət edərkən erməni qüvvələri tərəfindən girov götürülüblər.
Qondarma, separatçı Dağlıq Qarabağ məhkəməsi bu günlərdə Dilqəm Əsgərovu ömürlük, Şahbaz Quliyevi isə 22 il azadlıqdan məhrum edib.
Azərbaycanın Xarici İşlər Nazirliyi bu məhkəmənin heç bir hüquqi əsası olmadığını bəyan edib.
Mənbə
[edit | edit source]- Script error: No such module "Wn/az/Citation/CS1".