Jump to content

Wn/az/Azərbaycan Vikimənbədə Ermənistanı keçdi

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Azərbaycan Vikimənbədə Ermənistanı keçdi

03.08.2017

Azərbaycan Vikimənbədə Ermənistanı geridə qoyub. Azərbaycanın tanınmış Vikipediya idarəçilərindən olan Araz Yaquboğlu bu barədə “Feysbuk” səhifəsində geniş məlumat verib.

“Bir il öncə, 30 iyul 2016-cı ildə “Feysbuk”da bir status paylaşaraq, söz vermişdim ki, bütün dillər üzrə 37-ci sıradan AzVikimənbəni daha ön sıralara qaldırmağa nail olacam. Fikrim o idi ki, ermənicə Vikimənbəni ötüb keçməklə Azərbaycanca Vikimənbə ondan daha ön sıralarda olsun. Düzdür, o vaxt düşünürdüm ki, bunu bir neçə aya edəcəm. Amma buna bir ilə nail ola bildim. 2017-ci il avqustun 2-də axır ki, istəyimə nail oldum. Azərbaycanca Vikimənbə ermənicə Vikimənbəni ötüb keçdi. 7564 mətn sayı ilə 32-ci pilləyə yüksəldik. Ermənilər 7556 mətn ilə 33-cü sırada qaldılar. Maraqlıdır ki, istəyimlə bağlı tez-tez statistikaya baxırdım. Hər pillə qalxdıqca görürdüm ki, ermənilər də irəliləyirlər. Özü də daha sürətlə. Onlarda aktiv istifadəçi çox, bizdə isə həddindən artıq az idi. Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, bəzən Vikimənbədə tək çalışırdım. Fərqi 50-yə çatdırırdım, növbəti yeniləmədə baxırdım ki fərq 100-ü keçib. Görünür ki, onlar da bu “yarışma”ya baxırmışlar. Gec də olsa əsas odur ki, dostlar qarşısında verdiyim sözə əməl edə bildim. Bundan sonra da çalışacam ki, bu üstünlüyü qoruyub saxlaya bilək”.

Vikimənbə 12 Vikimedia layihəsindən biridir. Burada müəllif hüququ ilə qorunmayan və çap olunmuş əsərlər yerləşdirilir. Bu layihə Vikipediya-dan sonra demək olar ki, ən populyar ikinci layihədir.

Mənbə

[edit | edit source]