Jump to content

Wn/az/"Traktorsazi" Tehranın "İstiqlal" komandasına 2-1 hesabı ilə qalib gəlib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > "Traktorsazi" Tehranın "İstiqlal" komandasına 2-1 hesabı ilə qalib gəlib

13 aprel 2011, Çərşənbə

Təbrizin "Traktor" futbol komandası Tehranın sevimlisi olan "İstiqlal" komandasına 2-1 hesabı ilə qalib gəlib. Bu oyun bazar günü Tehranın 100 000 nəfərlik stadiyonunda keçirilib. "Traktor" "İstiqlal"a qarşı bu qələbəsi ilə mümkün 3 xalı əldə edib. Beləliklə də, "Traktor" Asiya Klub Çempionatında iştiraka daha bir addım yaxınlaşdı.

Təsdiq olan xəbərlərə əsasən, bu oyundan sonra, Tehranda və İranın Azərbaycan şəhərlərində, xüsüsilə Təbrizdə, on minlərlə azərbaycanlı xiyabanlara axışıb şənlik ediblər. "Traktor"un birinci qolunu oyunun 7-ci dəqiqəsində Əli Əlizadə vurdu. "Traktor"un ikinci qolunu isə 85-ci dəqiqədə iraqlı oyunçu Kərrar vurub. "İstiqlal"ın yeqanə qolunu isə 34-cü dəqiqədə Seyid Salehi vurub.

İranlılar arasında çox populyar olan və fars dilində yayılan “Qol” sitəsi azərbaycanlıların Tehranda bu matçın tamaşasına getmələrinə işarə edərək, oyunun lap əvvəlinci dəqiqəsindən yazır: "İstiqlal" komandasının azarkeşləri Traktorun tərəfdarları ilə müqayisədə o qədər də nəzərə çarpmır" və "Azadi"də Azərbaycan musiqisi çalınırkən, İstiqlalçılar etiraz edirlər, amma Azadinin atmosferi elədir ki, eləbil Azadini Təbrizin mərkəzinə aparıblar". “Qol” saytında əlavə olunur ki, "Traktor"un azarkeşləri Səhər televiziyasının müxbirini tənqid edirlər. Onların dediklərinə görə, müxbir Traktorun təfdarlarının İstiqlalın azarkeşlərindən neçə qat çox olduğunu demək istəmir.

Təbriz Millət vəkili İşrət xanım Şayiqin eyni adlı sitəsi də yazır ki, bundan belə təbrizlilərin sevimlisi "Traktor" Tehrandadı, amma onun tərəfdarları Təbrizdə xiyabanlara və küçələrə axışıb bu qələbəni qeyd edirlər. İşrəti Şayiq saytı Nəsrin müxbirinin xəbərinə istinadən yazır ki, "Traktor"un tərəfdarları Təbrizin meydanları, o cümlədən Abirəsan, Nisfirah, Vəliəsr və digər yerlərdə saatlarla şadlıq etdilər. İşrəti Şayiq bunu da qeyd edir ki, bu oyunun önəmindən dolayı, Şərqi Azərbaycan valisi (ustandarı) Tehranın Azadlıq stadionunda hazır olub və matçı yaxından izləyib.

Təbriz Post sitəsi də yazıb ki, Təbriz əhalisinin çoxu, Bağmeşə, Abbasi, Vəliəsr, Nisfirah, 42 Metrlik, Heydərabad, Rüşdiyyə, Lalə, Şəhnaz və Abirəsan kimi yerlərdə toplaşıb şadlıq etdilər. Bu sitə xəbərin davamında Təbrizin bəzi məhəllələrində toplaşanların siyasi məhbusların azadlığını tələb edən şüarlar səsləndirdiklərini və bunun nəticəsində azı 10 nəfərin təhlükəsizlik məmurları tərəfindən tutulduğunu yazsa da, onlardan heç birinin adını verməyib.

Mənbə

[edit | edit source]