Wn/az/Azərbaycanın basketbol millisi Küveyt və İraqla qarşılaşacaq

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Azərbaycanın basketbol millisi Küveyt və İraqla qarşılaşacaq

5 aprel 2011, Çərşənbə axşamı

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan yığması aprelin 22-dən mayın 10-na kimi Türkiyədə təlim-məşq toplanışı keçəcək.

Elxan Əliyevin yetirmələri qonşu ölkədə bir həftəlik hazırlığın ardından beynəlxalq turnirdə də qüvvəsini sınayacaq. Aprelin 29-də start götürəcək turnirdə Azərbaycan millisiylə yanaşı, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, İraq milli komandaları və Türkiyənin 2 klubu qüvvəsini sınayacaq. Yarışın qalibini adı isə mayın 9-da müəyyənləşəcək. Oyunlarda bu ölkədə forma geyinən – Rasim Başak, Aleksandr Rındin və Çarlz Devis də Azərbaycanın heyətində yer alacaqlar.

Mənbə[edit | edit source]