Jump to content

Wn/az/İraq və İran arasında 5 yeni müqavilə imzalanıb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > İraq və İran arasında 5 yeni müqavilə imzalanıb

12 mart 2019, Çərşənbə axşamı

11 mart 2019-cu ildə İraqİran arasında neft, ticarət, səhiyyə, nəqliyyatviza mövzusunda müqavilələrin imzalandığı bildirilib.

İraq Baş Nazirliyi Mətbuat Ofisindən yayımlanan yazılı açıqlamaya görə, İraq Baş Naziri Adil Əbdülmehdi ilə İran Prezidenti Həsən Ruhaninin olduğu yığıncaqda neft, ticarət, səhiyyə, Bəsra (İraq) və Şələmçə (İran) arasında dəmiryol inşası üçün nəqliyyat sahələrində müqavilələr imzalanıb.

Yığıncaqda əlavə olaraq, investor və biznesmenlərə viza asanlığı mövzusunda müqavilə də imzalanıb.

İran Prezidenti Həsən Ruhaninin Rabitə və Xalqla Münasibətlərdən Məsul Müavini Bərviz İsmaili sosial şəbəkə hesabından daha əvvəl yayımladığı açıqlamada Ruhani ilə İraq Baş Naziri Əbdülmehdi arasında keçirilən görüşə müraciət edərək "Ruhani və Əbdülmehdi görüşündə iki ölkənin vətəndaşları üçün vizanın aprel ayından sonra ödənişsiz olması qərarı alındı" demişdir.

İran Prezidenti 11 mart 2019-cu il tarixində İraqın paytaxtı Bağdad şəhərinə gələrək İraq Prezidenti Bərhəm Saleh və İraq Baş Naziri Adil Ədbülmehdi ilə görüşüb.

Ruhaninin 3 gün davam edəcək ziyarətində Nəcəf şəhərində İraq şiələrinin rəhbərlərindən olan Ayətulla Əli əs-Sistani və ölkədəki digər dini-siyasi vəzifəlilərlə görüşməyi gözlənilir.

Mənbə

[edit | edit source]