Wn/az/Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək?
1 aprel 2019, Bazar ertəsi
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
- 2 April 2019: Wn/az/Azərbaycana kartof və soğan ixracının qadağan edilməsi bazara necə təsir edəcək?
- 11 March 2019: Wn/az/İraq və İran arasında 5 yeni müqavilə imzalanıb
- 1 March 2019: Wn/az/İranda zəlzələ baş verib
- 13 February 2019: Wn/az/İranda İİKK avtobusu partladılıb
- 16 January 2019: Wn/az/İran deputatı Məkkə ziyarətini boykot edir
"İranda aprelin 4-dən kartof və soğanın ixracı qadağan edilib". Bunu İranın sənaye, mədən və ticarət nazirinin müavini Abbas Qubadi deyib. Onun sözlərinə görə, qonşu ölkələrə, xüsusilə İraqa soğan ixracı bu məhsulun qiymətinin bahalaşmasına səbəb olub: "Bazarın Tənzimlənməsi Komitəsi yerli bazarı tənzimləmək məqsədilə kartofla birlikdə soğanın ixracının qadağan edilməsinə qərar verib".
Maraqlıdır, İranda kartof və soğan ixracının qadağan edilməsi Azərbaycan bazarına təsir edə bilərmi? Ekspertlər Sputnik Azərbaycan-a açıqlamalarında bu sualı şərh ediblər.
İqtisadçı-ekspert Vüqar Bayramov deyib ki, son həftələr Azərbaycanda soğanın qiymətində artımlar müşahidə edilir və qiymətin artması bu məhsulun qıtlığı ilə bağlıdır: "Soğan istehsalının azalması qiymətlərin artmasına gətirib çıxarır. O baxımdan son həftələr soğanın qiymətində artımlar müşahidə edirik. Soğanın qiymətində artımlar davam edir, çünki bu məhsula tələb dəyişməyib. Amma təklif, yəni bazara çıxarılan soğanın həcmi azaldığına görə qiymətlər artıb".
O bildirib ki, Azərbaycanın kənd təsərrüfatı məhsullarını idxal etdiyi ölkələrdən biri də İrandır: "Baxmayaraq ki, xüsusilə yerli məhsul istehsalının artırılması məqsədilə son dövrlər İrandan idxalın azaldılmasına çalışılıb. Amma bütün hallarda İran tərəfindən kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyulması Azərbaycan bazarına təsir göstərir. Azərbaycanın kənd təsərrüfatı məhsullarına olan tələbatının bir hissəsi İrandan idxalın hesabına ödənilir".
"Əgər həm kartofa, həm də soğana olan tələbatın ödənilməsində İranın payı çoxdursa, nəticə etibarilə ixraca qadağalar Azərbaycanda həmin məhsullara olan tələbatın ödənilməsində müəyyən qıtlığın yaranmasına gətib çıxaracaq" - deyə o bildirib. İqtisadçının fikrincə, kartof istehlakında bunun kompensasiya yolları var: "Çünki Azərbaycana kartof alternativ olaraq digər ölkələrdən idxal edə bilir. Sahibkarlar kartofa olan tələbatın ödənilməsini digər ölkələrdən idxalın hesabına kompensasiya edə bilərlər. Rusiya və Türkiyədən Azərbaycana kartof idxalı İrandan ölkəmizə edilən bu məhsulun idxalını əvəz edə bilər. Çünki Azərbaycan əvvəlki dövrlərdə Türkiyə və Rusiyadan kartof idxalı həyata keçirib. Bu kontekstdən onun kompensasiya edilməsi mümkündür". Onun sözlərinə görə, bütün hallarda Kənd Təsərrüfatı Nazirliyi çalışmalıdır ki, xüsusilə sahibkarların təşviq edilməsi yolu ilə digər ölkələrdən bu məhsulların idxalının artırılmasına nail ola bilsin: "Əgər qıtlıq yaranarsa, həmin məhsulların qiymətlərində artım müşahidə edilə bilər. Nazirlik indiki məqamda tələbatın ödənilməsində digər idxal mənbələrdən istifadə etməyə çalışmalıdır". Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə də deyib ki, Türkiyədə də soğan qıtlığı yaranıb və Azərbaycandan Türkiyəyə kifayət qədər soğan ixracı həyata keçirilib: "Bu, bizdə daxili bazarda soğanın qiymətinə təsir göstərib və son günlər soğanın qiymətində artım var".
Mənbə
[edit | edit source]