Wn/az/Azərbaycan Avrasiya Ağır Atletika Assosiasiyasına üzv seçildi

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Azərbaycan Avrasiya Ağır Atletika Assosiasiyasına üzv seçildi

5 aprel 2011, Çərşənbə axşamı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti bildirir ki, Beynəlxalq Ağır Atletika Federasiyasının növbəti konqresi keçirilib. Yığıncaqda bu idman növünü inkişaf etdirmək məqsədi ilə Avrasiya Assosiasiyası yaradılıb.

Yeni quruma 14 ölkə daxil edilib ki, bunlardan da biri Azərbaycandır. Konqresdə həmçinin, Avrasiya Assosiasiyasına yeni prezident, vitse-prezident və icraiyyə komitəsinin üzvləri seçilib. Üzvlər arasında Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti İsmayıl İsmayılov və icraçı-direktoru İsgəndər Əsgərova da etimad göstərilib.

Mənbə[edit | edit source]