Jump to content

Wn/az/Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sürpriz layihəsi

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın sürpriz layihəsi


28 aprel 2011, Cümə axşamı

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan sürpriz layihəsini açıqlayıb. O, layihənin adının "Kanal İstanbul" olduğunu bildirib.

Həmin layihəyə görə, İstanbulun qərbində Qara dəniz ilə Mərmərə dənizi arasında yeni bir su kanalı açılacaq və bununla da İstanbul boğazının yükü əhəmiyyətli dərəcədə azalacaq. Bununla da əslində ortaya yeni bir ada çıxacaq. İstanbul boğazı və İstanbul su kanalı arasındakı bu ada Türkiyənin ən böyük və ən çox insanın məskunlaşdığı adası olacaq. Hazırda sahəsi 5 min 700 kvadrat kilometr olan İstanbulun ərazisində yaradılacaq bu adanın sahəsi 2 min kvadrat kilometr olacaq. Bu ərazidə 10 milyon insan yaşayır. Adada İstanbulun 24 rayonu yer alacaq.

Mənbə

[edit | edit source]