Wn/az/Türkiyənin Van vilayətində yeni zəlzələ baş verib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Türkiyənin Van vilayətində yeni zəlzələ baş verib


11 noyabr 2011, Cümə

Türkiyənin Van vilayətində baş verən zəlzələdən sonra xilasetmə əməliyyatları davam etdirilir. Rəsmilər bu gün 25 adamın dağıntılar alıtından çıxarıldığını, 12 adamın öldüyünü bildiriblər. İranla sərhəd bölgədə hələ də insanların dağıntılar altında qaldığı deyilir. Bölgədə 25 bina dağılıb. Dövlət televiziyası binalardan birinin xarici jurnalistlər və yardım işçilərinin qaldığı altımərtəbəli mehmanxana olduğunu xəbər verib.

Xilas əməliyyatlarından narazı olan onlarla qəzəbli sakinlə polis arasında toqquşma olub. Polis onlara qarşı gözyaşardıcı qaz və dəyənəklərdən istifadə edib.

Üç həftə bundan əvvəl Vanda baş verən zəlzələ nəticəsində 600 adam həyatını itirmiş, minlərlə insan evsiz qalmışdı. Onların əksəriyyəti soyuq hava şəraitinə baxmayaraq, hələ də çadırlarda yaşayır.

Mənbə[edit | edit source]