Wn/az/Türkiyədə xilasetmə işlərinə son qoyuldu

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Türkiyədə xilasetmə işlərinə son qoyuldu
Jump to navigation Jump to search


Bookmark-new.svg

1 noyabr 2011, Çərşənbə axşamı

Türkiyə xəbərləri
Türkiyənin yerləşdiyi ərazi

Türkiyənin yerini göstərən xəritə

Türkiyədəki digər xəbərləri görmək, dəyişdirmək və ya başlamaq üçün, Türkiyə Portalına baxın.
Flag of Turkey.svg

Türkiyədə yüzlərlə insanın ölümülə nəticələnmiş zəlzələdən bir həftə sonra xilasetmə işçiləri dağıntıları təmizləyərək, axtarış əməliyyatlarına son qoyur.

Türkiyə rəsmiləri axtarışa dair xüsusi xahiş olmadığı halda, zəlzələdən sağ qalanların axtarışının sona çatdırıldığını bildirirlər. Rəsmilər zəlzələ nəticəsində 582 insanın, bunların 455-nin Ercişdə həlak olduğunu, 4 min insanın isə xəsarət aldığını bildirir.

Keçən həftə bazar günü 7,2 bal gücündə zəlzələdən sonra dağıntılar altından 230 insan çıxarılıb. Cümə günü sonuncu dəfə dağıntlılar altından bir nəfər xilas edilərək çıxarılıb.

Türkiyə rəsmiləri artıq soyuqların düşməsilə zəlzələdən sonra evsiz qalmış minlərlə insanı sığınacaqla təmin etməyə çalışır. ABŞ hərbi qüvvələri zəlzələdən sonra yardım məqsədilə Türkiyəyə ləvazimat göndərildiyini bildirib.

Mənbə[edit]


Əlaqəli xəbər[edit]