Wn/az/Türkiyə Suriyaya nümayəndə heyəti göndərib
29 aprel 2011, Cümə
- 17 February 2025: Wn/az/Suriya Silahlı Qüvvələri Kalat-əl-Mudik şəhərinin nəzarətini ASO-dan alıb
- 17 February 2025: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 17 February 2025: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
- 17 February 2025: Wn/az/Suriyanın Əl-Bağuz Fəvkani qəsəbəsində döyüşlər baş verib
- 17 February 2025: Wn/az/Suriyanın Kəlcibrin kəndində ASO və XQB arasında döyüşlər baş verib (mart 2019)
Türkiyə Suriyanı islahatlar həyata keçirməyə razı salmaq və nümayişçilərə qarşı basqılara son qoymağa inandırmaq üçün qonşu ölkəyə nümayəndə heyəti göndərib.
Türkiyənin missiyası Suriyada hakim Bəs partiyasından 228 adamın üzvlükdən istefa verməsindən sonraya təsadüf edir. Həmin şəxslər Bəşar əl-Əsədin nümayişçilərə qarşı ölümcül qüvvədən istifadə etməsindən sonra bu addımı atıblar.
Associated Press xəbər verir ki, hökumət tankları liman şəhəri Latakiyaya yollanıb. Burada təhlükəsizlik qüvvələri nümayişçilərə atəş açıblar.
Basqılar həmçinin qoşun və tankların mühasirəyə aldıqları cənubi Dəra şəhərində davam edir. Suriyanın başqa şəhərlərində, o cümlədən Dəməşqin cıvarında da külli miqdarda qoşun yerləşdirilib.
İnsan haqları təşkilatları inidəyədək Suriyada Bəşar əl-Əsədə tabe olan qoşunların azı 500 adam öldürdüklərini xəbər verirlər.