Jump to content

Wn/az/Suriyanın Homs şəhərində etirazçılara qarşı atəş açılıb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Suriyanın Homs şəhərində etirazçılara qarşı atəş açılıb


19 aprel 2011, Çərşənbə axşamı

İnsan hüquqları müdafiəçiləri Suriya təhlükəsizlik qüvvələrinin ölkənin üçüncü böyük şəhəri Homsun "Səa Cədidə" meydanına toplaşan yüzlərlə etirazçıya atəş açdığını bildirib. Xəsarət alanlar barədə məlumat verilməyib. Dünən yüzlərlə nümayişçi artıq on illərdir qüvvədə olan fövqəladə vəziyyətlə bağlı qanunun ləğvi tələbi ilə meydanda oturaq nümayiş keçirəcəklərini bildirmişlər. Nümayişçilər Homs meydanına bazar günü qarşıdurmalar zamanı qətlə yetirilən 12 nəfərin dəfn mərasimindən sonra toplaşmişdılar.

Suriyanın Daxili İşlər Nazirliyi iğtişaşları “Sələfilər” təşkilatı tərəfindən həyata keçirilən silahlı üsyan adlandırıb. Kökləri Səudiyyə Ərəbistanından qatı-mühafizəkar sünni İslamçılar olan “Sələfilər” bütün region boyu yayılmışlar.

Mənbə

[edit | edit source]