Jump to content

Wn/az/Suriyada nümayişçilərə qarşı basqılar artır

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Suriyada nümayişçilərə qarşı basqılar artır


4 may 2011, Çərşənbə

Suriya təhlükəsizlik qüvvələri müxalif nümayişçilərə qarşı basqılarını artıraraq 3 gün ərzindən mindən çox insanı nəzarət altına alıb. Prezident Bəşər Əl-Əsəd hökuməti isə bu addımlarına görə artan beynəlxalq ittihamla üzləşir.

Suriyada Milli İnsan Haqları Təşkilatı bildirib ki, mərkəz ərazilər hüquq-mühafizəçilərinin şiddətli basqılarına səhnə olub. Belə ki onlar potensial nümayişçi olduğunu iddia etdikləri hər bir kəsi həbs ediblər.

Amnesty International da daxil olmaqla digər insan haqları qrupları həbs olunan bir çox kişilərin döyüldüyünü, həbs kampaniyası zamanı isə qadın, yeniyetmə, yaşlılar da daxil olmaqla çoxsaylı insanın nəzarət altına alındığını bildirib.


Mənbə

[edit | edit source]