Wn/az/Suriyada demokratiya tərəfdarı ən fəal aktivist nəzarət altına alınıb

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Suriyada demokratiya tərəfdarı ən fəal aktivist nəzarət altına alınıb
Jump to navigation Jump to search


Bookmark-new.svg

25 aprel 2011, Bazar ertəsi

Suriya xəbərləri
Suriyanın yerləşdiyi ərazi

Suriyanın yerini göstərən xəritə

Suriyadakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Suriya Portalına baxın.
Flag of Syria.svg

Suriyanın sahil Cəblə şəhərində şahidlər deyir ki, bu gün təhlükəsizlik qüvvələri atəş açaraq bir nəfəri öldürüb. Onların sözlərinə görə, hadisə hətta heç bir etiraz aksiyası keçirilmədiyi zaman baş verib.

İnsan haqları qrupları bildirir ki, Suriyanın Dəməşq şəhərində dünən gecə bir neçə reyd keçirən təhlükəsizlik qüvvələri ölkənin demokratiya tərəfdarı ən fəal aktivistini nəzarət altına alıb.

Dünən ölənlərin dəfn mərasimində iştirak edənlərə Suriya təhlükəsizlik qüvvələrinin və snayperlərin atəş açması nəticəsində azı 12 nəfər həlak olub. Habelə, Suriya parlamentinin iki üzvü mülki vətəndaşların öldürülməsinə etiraz olaraq istefa verdiklərini bildirib. İnsan haqları qrupları və şahidlər deyir ki, dünənki hücum Dəməşq yaxınlığındakı Douma və İzraada baş verib. Cümə günü öldürülən 75 nəfərin dəfn mərasimə minlərlə insan qatılıb.


Mənbə[edit]