Wn/az/Suriyada "İtaətsizlik günü" nümayişləri

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Suriyada "İtaətsizlik günü" nümayişləri
Jump to navigation Jump to search


Bookmark-new.svg

6 may 2011, Cümə

Suriya xəbərləri
Suriyanın yerləşdiyi ərazi

Suriyanın yerini göstərən xəritə

Suriyadakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Suriya Portalına baxın.
Flag of Syria.svg

Suriya təhlükəsizlik qüvvələri cümə günü keçirilməsi nəzərdə tutulan kütləvi aksiyaların qarşısını almaq üçün ölkənin bir neçə mərkəz və sahil şəhərlərinə daxil olub. Xatırladaq ki, dünən ordu Dəranı tərk etməyə başlamışdı.

Hadisə yerindən çəkilən həvəskar video göstərir ki, bu günü “İtaətsizlik günü” adlandıran nümayişçilər bir araya gəliblər. Etirazçılar habelə nümayişlərə aparan yollarda tıxaclar yaradıblar. Ordunun Dəradan çıxarılması barədə məlumatlara baxmayaraq, son iki gündə Qoşunlar və zirehli maşınlar Rastan, Homs və Banias şəhərlərinə yerləşdirilib. Sakinlər deyib ki, 200-ə yaxın tank Rastan şəhərini, 30 tank isə liman şəhəri olan Baniasın çıxışlarını mühasirəyə alıb.

Mənbə[edit]