Jump to content

Wn/az/Milyonlar xərclənərək çəkilən tarixi türk serialının yayımı niyə dayandırıldı?

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Milyonlar xərclənərək çəkilən tarixi türk serialının yayımı niyə dayandırıldı?

Böyük ümidlərlə, böyük iddialarla və böyük xərclərlə başlayan "Mehmed: Bir Cihan Fatihi” serialı sadəcə bir neçə bölüm yayımlana bildi.

Türkiyənin tarixi seriallarının həm qardaş ölkədə, həm də xaricidə maraqla izlənməsinə baxmayaraq, adıçəkilən televiziya layihəsi 6-cı bölümündə erkən finala getməyə məcbur qaldı. Bəs layihə niyə uğursuz alındı? Nə üçün qardaş ölkənin ən bahalı aktyoru Kənan İmirzalıoğlunun çəkildiyi serialı tamaşaçı qəbul etmədi?

Oxucuları tarixi serialın reytinq toplaya bilməməsinin səbəbləri ilə tanış edirik.

Gözləntilər

"Mehmed: Bir Cihan Fatihi” reytinqlərdə istənilən səviyyəyə çatmadı. Halbuki, kanal D "Möhtəşəm 100 il”dən sonra heç cür bərpa edə bilmədiyi yüksək reytinq sirrinin doğru formulunu bu serialda tapdığına güman edirdi. Üstəlik Fateh Sultan Mehmetin həyatından və qəhrəmanlığından bəhs edən serial prodüserlər üçün əsl "qızıl mədəni” idi.

Fantastik büdcə

"Mehmed: Bir Cihan Fatihi” serialını ərsəyə gətirmək üçün "O3 Media” şirkəti illərlə çalışıb. İddialara görə, "O3 Media” sadəcə dekorlara 4,5 milyon TL (təxminən 2,2 milyon manat) pul xərcləyib.

Mətbuatda bir il ərzində seialla bağlı müxtəlif xəbərlər çıxmışdı. Kənan İmirzalıoğlu baş rola razılıq verdikdən sonra gözləntilər daha da artmışdı. "Diriliş Ərtoğrul” və "Vətənim sənsən”dən sonra son illərin ən böyük serial büdcəsi ona xərclənmiş, böyük sərmayə qoyulmuşdu.

Əslində "Mehmed: Bir Cihan Fatihi”in mövzusu türk tamaşaçısı üçün maraqlı idi. Layihənin təşkilatçıları elə bu faktı nəzərə alaraq Fatehin həyatından danışan keyfiyyətli serial hazırlamışdı. Amma gümanlar həyata keçmədi, serial ilk bölümdən özünü doğrultmadı, gözlənilən reytinqi toplaya bilmədi.

Televiziya ekspertləri hesab edir ki, ekran işində intriqa və qalmaqallar azlıq təşkil edib. Həmçinin Hürrəm xarizmasında bir qadın olmadığından serialın tempi aşağı düşüb və tamaşaçı diqqətini cəlb edə bilməyib.

Risk Faktoru

Heç şübhəsiz ki, tarixi seriallar, milli hissləri coşduran müharibə serialları Türkiyə kanallarında böyük yer tutur. Amma hər işin uğurla nəticələnəcəyinə dair zəmanət də yoxdur.

Yeri gəlmişkən, "Möhtəşəm 100 il” reytinqləri qırmasına baxmayaraq, "Kösem" və "IV. Murad” serialı da arzuolunan nəticəni göstərməmişdi. İki mövsüm ekranda olsa da, o da böyük tamaşaçı auditoriyasını özünə çəkməyə nail ola bilməmişdi.

Qadın aktrisaların uğursuz seçilməsi

Başqa bir iddiaya görə, serialın reytinq toplaya bilməməsinin səbəbi baş qadın qəhrəmanların düzgün seçilməməsidir. Belə ki, Büşra Develi və Hazal Filiz Küçükkösenin oyunu bir çoxları tərəfindən bəyənilməyib.

Deyilənlərə görə, "Mehmed: Bir Cihan Fatihi” serialının satışlarında da problem olub. Layihənin ekrana vida etməsinin bir səbəbi də budur