Jump to content

Wn/az/Keçmiş Böyük Britaniya hərbi qulluqçusu Dubayda narkotik satmaqla ittiham olunub

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Keçmiş Böyük Britaniya hərbi qulluqçusu Dubayda narkotik satmaqla ittiham olunub

13 fevral 2019, Çərşənbə

Böyük Britaniya Silahlı Qüvvələrində xidmət göstərmiş keçmiş ingilis hərbi qulluqçu Endru Nil posttravmatik stress pozuntusundan əziyyət çəkirdi. O, Birləşmiş Ərəb Əmirliklərində polis nəzarətinə götürülüb. 44 yaşlı Endru Nil evlidir və iki uşağı var. O, İraqda, ƏfqanıstandaBosniyada xidmət göstərmişdir. Artıq dörd aydır ki, Dubayda polis nəzarətinə alınan Endru narkotik satışıyla məşğul olmaqla ittiham olunub. O, bu ittihamları yalanlamışdır.

13 fevral 2019-cu ildə Endru Nilə qarşı sürülən ittihamın məsulun iddiasını geri çəkdiyi açıqlanıb. Buna baxmayaraq, britaniyalı hərbçi hələ də həbsdədir.

Radha Sterlinq Böyük Britaniya Xarici İşlər Katibinə və Nottingem şəhərinin Şervud rayonunu təmsil edən deputat Mark Spenserə yardım üçün müraciət edib. O, "biz Ceremi Hantı və Mark Spenseri həyatının əksər hissəsini xaricdəki Böyük Britaniya qüvvələrinə həsr etmiş Endi Nilə dəstək göstərməyə çağırırıq" deyib. Sterlinq həmçinin, Dubay hökumətindən "bu ədalətsizliyə cəld cavab verməyi" tələb edib.

Mənbə

[edit | edit source]