Jump to content

Wn/az/Azərbaycandakı qanunsuz evlərin qeydiyyat mexanizmi hazırlanır

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Azərbaycandakı qanunsuz evlərin qeydiyyat mexanizmi hazırlanır

2 aprel 2011, Şənbə

Bakı və regionlarda qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı vəziyyətin araşdırılması üçün tədbirlərə başlanıb. Artıq bununla bağlı Nazirlər Kabineti tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına xüsusi tapşırıq da verilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Lent.az-a bildiriblər ki, tapşırığa uyğun olaraq, qanunsuz tikilən evlərin qeydiyyatı məqsədilə bələdiyyələr fərdi tikililərin siyahılarını tərtib edib rayon icra hakimiyyətlərinə göndərir. Paytaxtda olan tikililərlə bağlı yekun siyahıya dair rəy Bakı şəhər İcra Hakimiyyətinə göndəriləcək. Ev və torpaq sahiblərinin sənədləşmə üçün müraciət edəcəkləri qurumun adı isə qeydiyyat mexanizmi hazırlandıqdan sonra açıqlanacaq.

Komitədə bildirirlər ki, indiyədək aparılan araşdırmalarda ayrı-ayrı vətəndaşların istifadəsində olan qanunsuz tikililər və torpaq sahələri bütün bölgələri əhatə edir. Ancaq belə mülklərin böyük əksəriyyəti Bakı şəhəri və Abşeron yarımadasının payına düşür. Məhz bu səbəbdən tikililərin sənədləşdirilməsi üçün hazırlanan mexanizmlərdə mənzillərin təsərrüfat infrastrukturuna çıxış imkanlarının müəyyən edilməsi qaydaları bir qədər detallı göstəriləcək.

Xatırladaq qanunsuz tikililərin sənədləşdirilməsi və dövlət qeydiyyatına alınması ilə bağlı mexanizmlər təsdiqləndikdən sonra sənəd icra olunmaq üçün Fövqəladə Hallar Nazirliyinə, Ədliyyə Nazirliyinə, həmçinin Əmlak Məsələləri, Şəhərsalma və Arxitektura, Dövlət Torpaq və Xəritəçəkmə komitələrinə təqdim ediləcək.

Mənbə

[edit | edit source]