Jump to content

Wn/az/"Azərbaycan Cekli İcması" İctimai Birliyinin adı dəyişdirildi

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > "Azərbaycan Cekli İcması" İctimai Birliyinin adı dəyişdirildi

11 aprel 2011, Bazar ertəsi

"Azərbaycan Cekli İcması" İctimai Birliyinin təsisçilərinin qərarı ilə Birliyin adı dəyişdirilərək "Cek Cəmiyyəti" İctimai Birliyi olmuşdur.

Əlhəddin Ceklinin rəhbərlik etdiyi bu Birliyin əsas məqsədi Azərbaycanın aborigen sakinlərindən Şahdağ xalqlarının nümayəndəsi olan ceklilərin sayını dəqiqləşdirmək, Azərbaycanın bu unikal etnosunun getdikcə yaddan çıxan tarixini, mədəniyyətini, dilini, adət və ənənələrini bərpa və təbliğ edərək, onların qorunub saxlanılmasını təmin etmək, qlobal inteqrasiya sahəsində əməli fəaliyyət göstərməkdir.

Qeyd edək ki, Birlik 31 mart 2006-cı ildə, Sumqayıt şəhərində təsis edilmişdir. Birliyinin martın 31-də - Azərbaycanlıların Soyqırımı Günü təsis edilməsi heç də təsadüfi deyildir. Bu tarix ceklilər üçün də faciəlidir. Çünki son iki əsrdə Qafqazda himayədarlarının dəstəyi ilə ermənilər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilmiş və hazırda da davam edən etnik təmizləmə və soyqırımı siyasəti bütün azərbaycanlılar kimi ceklilərdən də yan keçməmişdir. 1918-ci ilin yazında ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı zamanı Quba mahalında zərər çəkmiş kəndlərdən biri də məhz Cek kəndi və həm bu kənddə, həm də ətraf kəndlərdə yaşayan ceklilər olmuşdur. Bu fakt digər şahdağlılar kimi ceklilərin də demoqrafik inkişafına ciddi təsir göstərmişdir.

"Cek Cəmiyyəti" İctimai Birliyinin başlıca şüarı belədir: "Biz CAN deyirik! Yəni, Ceklilər Azərbaycan Naminə!"

Mənbə

[edit | edit source]