Wn/az/Vaşinqtonda ABŞ-İslam Dünyası forumu işinə başlayıb
13 aprel 2011, Çərşənbə

- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
- 17 February 2025: Wn/az/ABŞ polisi Los-Anceles şəhərindəki bir evdən 1.000-dən çox odlu silah ələ keçirib
- 17 February 2025: Wn/az/Nyu-Yorkun Qambino ailəsindən olan Frank Kali qətlə yetirilib
- 17 February 2025: Wn/az/Donald Tramp 2020-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsinin 750.000.000.000 ABŞ dollarına qədər artırılmasını tələb edib
- 17 February 2025: Wn/az/Vaşinqtonda ABŞ-İslam Dünyası forumu işinə başlayıb
- 17 February 2025: Wn/az/Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının növbəti iclası keçirilib
- 17 February 2025: Wn/az/"Azərbaycan Cekli İcması" İctimai Birliyinin adı dəyişdirildi
- 17 February 2025: Wn/az/Ərəb milyarderlərinin reytinqi açıqlandı
- 17 February 2025: Wn/az/"İnama Doğru" dərgisinin 33-cü ildə ilk sayı işıq üzü görüb
Vaşinqtonda ABŞ-İslam Dünyası forumu işinə başlayıb. Forumda ABŞ və 30-dan çox müsəlman ölkəsinin lideri qatılıb.
Builki forum ərəb dünyasında mühüm ictimai-siyasi proseslərin baş verdiyi bir zaman keçirilir. Tədbirin əsas məqsədi də ərəb dünyasını bürümüş hadisələrin qlobal və regional təsirlərini şərh etməklə yanaşı, siyasi və mədəni fərqlərə üstün gələrək, qarşılıqlı anlaşmanı dərinləşdirmək imkanından istifadə etməkdir.
İki gün sürəcək forumda ABŞ və müsəlman ölkələri arasında münasibətlərə təsir göstərən mühüm məsələlər Amerika və müsəlman ölkələrinin rəsmiləri, aparıcı ekspertlər, siyasətçilər və mətbuat üzvləri tərəfindən geniş müzakirə olunacaq.
Tədbirin açılışnda çıxış edən İslam Konfransı Təşkilatının baş katibi Ekmeleddin İhsanoğlu ABŞ-ın Yaxın Şərqdə münaqişələrin həllində rolu, müsəlman dünyasının problemlərini ünvanlamaq üçün ABŞ və müsəlman ölkələri arasında əməkdaşlığın artırılması və İKT-nın müsəlman dünyası ilə münasibətlərdə rolunun tanınması kimi məsələlərin vacibliyini vurğuladı.
Forumun ilk günü dəyirmi masa formatında keçirilən iclasda ABŞ-ın təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Zbiqnev Bjezinski, ABŞ senatoru Con Kerri, Türkiyə baş nazirinin xarici siyasət məsələləri üzrə müşaviri İbrahim Kalın və İordaniyanın Xarici İşlər naziri Nasir Cude iştirak edirdi. Time jurnalının redaktoru Fərid Zəkəriyyənin apardığı iclas iştirakçıları ərəb dünyasında bu gün baş verən siyasi hadisələrin qlobal və regional təsirləri, ABŞ-ın proseslərdə rolu və Türkiyənin ərəb ölkələri üçün model ola bilməsi kimi məsələləri şərh etdilər.
Müzakirə iştirakçıları Yaxın Şərq probleminin həll olmamasının ümumilkdə bütün proseslərə və regionun demokratişləməsi istiqamətində səylərə mənfi təsir göstərdiyini qeyd etdilər. Zbiqnev Bjezinski Yaxın Şərq probleminin həllinin strateji zərurət olduğunu vurğuladı. O bildirdi ki, ABŞ-ın məsələni həll edə bilməməsi vəziyyətin mürəkkəbləşməsinə gətirib çıxara bilər. Zbiqnev Bjezinski sülhə nail olmaq üçün ABŞ səylərini sürətləndirməlidir.
ABŞ senatoru Con Kerri qeyd etdi ki, regionda hərəkatlar daxildən baş qaldırsa da, Birləşmiş Ştatların fəal rol oynaması gözlənilirdi. Lakin senatorun sözlərinə görə, məsələ təkcə ABŞ və bu ölkələr arasında münasibətlər deyil, həm də bu ölkələrin hökumətləri ilə öz xalqları arasında münasibətlərdədir. O, ABŞ-ın Liviyada proseslərə tez reaksiya verdiyi qeyd edərək, Misirdə başlamış hərəkata müdaxilə etmədiyini bildirdi, belə ki xalq özü Mübarəkin hakimiyyətdən getməli olduğu qərarını vermişdi. Senatorun bildirdiyinə görə, ABŞ regionda dominantlıq deyil, əməkdaşlıq etməlidir. O, Yaxın Şərq və Şimali Afrika regionunda iqtisadi vəziyyətin mürəkkəb olduğunu vurğuladı. Senator Kerri bildirdi ki, iqtisadi problemlər həll olduğu halda, Yaxın Şərqdə yeni inkişafa nail olmaq mümkündür.
Türkiyə baş nazirinin müşaviri İbnrahim Kalın ölkəsinin ərəb-müsəlman dünyasında proseslərlə bağlı mövqeyini şərh edərək, Türkiyənin Liviyada münaqişəyə son qoymaq üçün son təşəbbüslərini göstərdi. “Baş nazirin açıqladığı yol xəritəsinin əsas maddələri atəşkəsə nail olmaq, humanitar yardımın çatdırılması üçün dəhliz açmaq və demokratik prosesə keçid üçün danışıqlara başlamaqdan ibarətdir.” İbrahim Kalın əks halda Liviyada uzun müddətli vətəndaş müharibəsi və bunun nəticəsində infrstrukturun dağılması, ölkənin Tripoli və Benqazi nüfuz dairələri arasında bölünməsinin baş verə biləcəyini dedi.
Yaxın Şərq və Şimali Afrika ölkələri üçün Türkyə modeli məsələsinə gəldikdə, İbrahim Kalın bildirdi ki, bu proses qarşılıqlıdır; Türkiyə regionda maraq doğurduğu qədər özü də region ölkələrində gedən proseslərlə yaxından maraqlanır. Lakin o bildirdi ki, Türkiyə heç bir ölkəyə öz sistemini qəbul etdirmək niyyətində deyil.
Müzakirə iştirakçıları İranın regionda mövqeyi məsələsinə də toxundular. Zbiqnev Bjezinskinin fikrincə, ABŞ-ın İran probleminə cavabı konstruktiv nəticə verməlidir. O, İran məsələsinin hərbi yolla həllinin ABŞ üçün olduqca pis nəticələr verə biləcəyini bildirdi. “Biz İranın özündə prosesin başladığını görürük. İranda qərbyönlü insanlar var. Bu qüvvə özü İranı dəyişikliyə aparacaq. ABŞ-ın birbaşa müdaxiləsi isə arzu olunmazdır.” –deyə o vurğuladı.
Forumun birinci gününün sonunda ABŞ Dövlət katibi Hillari Klinton tədbir iştirakçılarına müraciətlə çıxış edəcək.
Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyev də ABŞ-İslam Dünyası Forumunda iştirak edir.
Qətər hökumətinin dəstəyi ilə hər il keçirilən ABŞ- İslam Dünyası forumu müsəlman ölkələrinin liderləri ilə Birləşmiş Ştatlar rəsmiləri və siyasətçiləri arasında dialoq şəklində qurulur. Forum 11 sentyabr hücumlarından sonra Amerika və müsəlman ölkələri arasında anlaşma yaratmaq məqsədilə 2004-ci ildən keçirilməyə başlayıb. Adətən Qətər paytaxtı Dohada keçirilən forum bu il ilk dəfərdir ki, ABŞ-da, paytaxt Vaşinqtonda təşkil edilir.