Wn/az/Ancelina Coli Türkiyədə Suriya qaçqınlarının vəziyyəti ilə tanış olacaq

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Ancelina Coli Türkiyədə Suriya qaçqınlarının vəziyyəti ilə tanış olacaq
Jump to navigation Jump to search


Bookmark-new.svg

16 iyun 2011, Cümə axşamı

Türkiyə xəbərləri
Türkiyənin yerləşdiyi ərazi

Türkiyənin yerini göstərən xəritə

Türkiyədəki digər xəbərləri görmək, dəyişdirmək və ya başlamaq üçün, Türkiyə Portalına baxın.
Flag of Turkey.svg

Hollivud aktrisası, BMT-nin xoşməramlı səfiri Ancelina Coli Suriya qaçqınlarının vəziyyəti ilə tanış olmaq üçün Türkiyəyə səfər edəcək.

Səfərin cümə günü başlayacağı bildirilir. Ancelina Colinin Türkiyə-Suriya sərhəddində çadır şəhərciyinə baş çəkəcəyi gözlənilir.

Suriya silahlı qüvvələrinin ölkənin şimalında Cisr əl-Şuqur şəhərində yerləşməsindən sonra minlərlə insan zorakılıqlardan qorxaraq, qonşu Türkiyəyə pənah gətirmişdir.

Dünyanın böhranlı bölgələrinə səfərlər edən Ancelina Coli 2001-ci ildən BMT-nin Qaçqınlar agentliyinin xoşməramlı səfiridir.

Mənbə[edit]