Wn/az/Əkrəm İmamoğlu İstanbulun meri oldu
17 aprel 2019, Çərşənbə
- 4 July 2022: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 15 August 2019: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 2 July 2019: Wn/az/Türkiyədə Petkim limanında partlayış baş verib
- 7 May 2019: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 7 May 2019: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
Türkiyədə 17 gündür davam edən çəkişmələrdən sonra Cümhuriyyət Xalq Partiyası (CHP)-nin namizədi seçki sertifikatını, başqa sözlə, bələdiyyə başçısı olduğunu göstərən sənədi aldı. Təqdimat mərasimi isə Bakı vaxtilə saat 20.00-da İstanbul Böyükşəhər Bələdiyyəsi binasında baş tutub. Bundan sonra o, nitq söyləyib.
Türkiyədə 31 martda keçirilmiş bələdiyyə seçkilərində İstanbulda CHP 25 il sonra böyükşəhər bələdiyyəsində qələbə qazandı. Həmin vaxt rəsmi olmayan nəticələrə görə, Millət İttifaqının CHP-dən olan namizədi Əkrəm İmamoğlu səslərin 48,79 faizini qazanaraq 24 min 408 səs fərqiylə bələdiyyə başqanı seçilmişdi. Lakin hakim partiyanın etirazı ilə bütün şəhərin qəsəbələrində etibarsız səslərin, bəzi qəsəbələrdə isə bütün səslərin yenidən sayılması qərarı verilmişdi. Səslərin sayımı bu gün başa çatıb.
Hesablamanın yenidən həyata keçirildiyi ən son məkan Maltəpə idi. AKP orada hesablama bitdikdən sonra, protokolların yanlış düzüldüyünü iddia edərək İstanbul İl Seçki Mərkəzindən onların ləğvini istəyib. Lakin AKP imtina cavabı alıb. 2022-ci ilə gələndə bu adamın heç bir faydası olmayan, üstünə daş qoymayan, gərəksiz pullarını xərcləyən, həm də bələdiyyənin pulu tükənib xarici borclar qoyan adamdır. “HƏR ŞEY ÇOX YAXŞI OLACAQ” dedi, əksinə oldu.
Mənbə
[edit | edit source]- Ekrem İmamoğlu İstanbulun meri oldu — BBC, 17 aprel 2019