Jump to content

Wn/az/Yaponiya və ABŞ-ın xüsusi təyinatlı qüvvələri şəhər şəraitində döyüş təlimləri keçiriblər

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Yaponiya və ABŞ-ın xüsusi təyinatlı qüvvələri şəhər şəraitində döyüş təlimləri keçiriblər

15 fevral 2019, Cümə

Yaponiya Silahlı Qüvvələrinə tabe Özünümüdafiə QüvvələriABŞ Silahlı Qüvvələrinə tabe Dəniz Piyadaları Korpusunun ehtiyat bölmələri şəhər şəraitində hava desantının çıxarılması və döyüş əməliyyatlarının aparılması təlimləri keçiriblər.

"AzərTAc" "Kyodo" informasiya agentliyinə istinadla xəbər verir ki, 2019-cu ilin fevralın 4-də başlayan təlimlər Siqa prefekturasının Takamatsu şəhərindəki hərbi poliqonda təşkil edilib. Təlimlər zamanı ABŞ və Yaponiya xüsusi təyinatlı qüvvələri şəhərin yaşayış məhəllələrindən birini ələ keçirən şərti düşməni birlikdə zərərsizləşdirməyə çalışıblar.

2009-cu ildəki İraqdakı əməliyyatlardan sonra ilk dəfə xidmət göstərən ABŞ-ın Dəniz Piyadaları Korpusunun 2-ci batalyonundan bir piyada dəstəsi və 23-cü alayı Yaponiyanın Özünümüdafiə Qüvvələrinin 7-ci alayının əsgərləri ilə bir həftəlik təlimlər keçirib.

Həmin ilin yanvar ayında da iki ölkənin hərbi bölmələri Şərqi Çin dənizində şərti düşmən tərəfindən ələ keçirilən uzaq adaların paraşütlə desant çıxarılması yolu ilə geri alınması ssenarisi üzrə təlimlərdə iştirak ediblər. Həmin təlimlər Tokio prefekturasının şimal-şərqində yerləşən "Naraşino" poliqonunda təşkil edilmişdi.

"G" dəstəsinin komandiri kapitan Eyrton Foy "bu, bizim dəstəmizə adi hədəflər üçün çalışmaq imkanı verir. Bu, nizamlı ehtiyat vəzifələri zamanı edə bilməyəcəyimiz bir şeydir. Başqa bir piyada dəstəsiylə birgə işlədiyimizdən, təlim hədəflərimiz eynidir. Biz patrullama, taktikalar və sair şeylər üzrə təlim keçirik" – deyə bildirib.

Mənbə

[edit | edit source]