Wn/az/Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb
Jump to navigation Jump to search
Yaponiya xəbərləri
Yaponiyanın yerləşdiyi ərazi

Yaponiyanın yerini göstərən xəritə

Yaponiyadakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlamaq üçün, Yaponiya Portalına baxın.
Flag of Japan.svg
Taro Kono

Sentyabrın 2-də Yaponiyanın xarici işlər naziri Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, nazir səfərə Tokio yaxınlığındakı Narita aeroportundan yollanıb.

T.Kono son 19 ildə Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.

Səfər zamanı T.Kono Qafqaz ölkələri ilə əlaqələri gücləndirmək barədə müzakirələr aparmaq niyyətindədir. Səfərə yola düşməzdən əvvəl nazir deyib ki, Asiya ilə Avropa arasında yerləşən bu ölkələr mühüm geosiyasi mövqeyə malikdirlər.

Almaniyada isə T.Kono bu ölkənin Federal Kansleri Angela Merkellə görüşəcək. Nazir ümid edir ki, ABŞ ilə Çin arasında ticari qarşıdurmanın gücləndiyi bir vaxtda Almaniya Yaponiya ilə azad ticarətin saxlanması üçün əməkdaşlığı davam etdirəcək.

Mənbə[edit | edit source]


Bookmark-new.svg