Wn/az/Yaponiya Putinin sülh təklifini rədd etdi
Appearance
Yaponiya xəbərləri
- 17 February 2025: Wn/az/Yaponiya və ABŞ-ın xüsusi təyinatlı qüvvələri şəhər şəraitində döyüş təlimləri keçiriblər
- 17 February 2025: Wn/az/Hayabusa-2 kosmik zondu Ryuqu asteroidinə iki robotlaşdırılmış nəqliyyat vasitəsi göndərib
- 17 February 2025: Wn/az/Yaponiya Putinin sülh təklifini rədd etdi
- 17 February 2025: Wn/az/Taro Kono Qafqaz ölkələrinə və Almaniyaya 6 günlük səfərə yola düşüb
- 17 February 2025: Wn/az/Olimpiya məşəlinin yandırılma tarixi açıqlanıb
Yaponiyanın yerləşdiyi ərazi
Yaponiya ərazi mübahisəsi həll olunmayana qədər Rusiya ilə sülh sazişi bağlamayacaq.
Bu fikirləri Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa deyib.
“Biz “şimal əraziləri” ilə bağlı mübahisəni həll etmək üçün danışıqları davam etdirəcəyik, torpaqlar qaytarıldıqdan sonra sülh sazişi bağlanacaq”, - o bildirib.
Siyasətçi əlavə edib ki, yapon tərəfi 2018-ci ilin sonunadək şərtsiz sülh sazişinin bağlanmasını təklif edən Rusiya prezidenti Vladimir Putinin hər açıqlamasını şərh etməyəcək. Putinin təklifinə əsasən, ölkələr sülh sazişindən sonra problemin həllini davam etdirə bilərlər.
Bundan öncə Rusiyaya səfər edən Yaponiya baş naziri Şinzo Abe bəyan edib ki, Moskva və Tokio arasında sülh danışıqlarının olmaması anormal haldır.

